Aksiz vergilərin və digər vergi dərəcələrinin artırılması, qiymətə təsir göstərir Natiq Cəfərli
525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
«Məlum olduğu kimi, ölkədə tütün məmulatlarının qiyməti dövlət tərəfindən birbaşa tənzimlənmir, bazar qaydalarına uyğun olaraq formalaşır. Amma aksiz vergilərin və digər vergi dərəcələrinin artırılması, qiymətə təsir göstərir».
İqtisadçı ekspert Natiq Cəfərli bunu 525.az-a deyib. O bildirib ki, tütün məhsulları üzərində tətbiq olunan aksiz vergilərinin və digər fiskal yüklərin artması qaçılmaz olaraq onların satış qiymətinə də təsir göstərir. Vergilər artan kimi qiymət də yüksəlir:
«Rəsmi qurumlar bildirir ki, siqaretin qiymətini ona görə qaldırırıq ki, insanların cibinə ziyan dəyməsin və siqareti tərgidsinlər. Ona görə də bu məsələ ciddi narazılığa səbəb olmur. Ərzaq qiymətlərinin artımına irad bildirmək, müxtəlif sahələrdə vergi artımlarına etiraz etmək olur. Lakin siqaretdə bu, mümkün deyil. Ölkədə siqaret qiymətləri kəskin artdıqda və qonşu ölkələrdə qiymətlər ucuz olduqda qaçaqmalçılıq artır. Bunun qarşısını almaq üçün müvafiq tıədbirlər görülməlidir».
Sevinc Qarayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 06 Yanvar 2026 14:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















