Rejissor və aktyor Cessi Eyzenberq Polşa vətəndaşlığı alıb
Icma.az, Ayna portalına istinadən məlumat verir.
Polşa pasportunu ona ölkə Prezidenti Anjey Duda təqdim edib
Bu yaxınlarda "Əsl ağrı" filmi ilə "Oskar" qazanan amerikalı aktyor və rejissor Cessi Eyzenberq Polşa vətəndaşlığını alıb. Polşa pasportunu ona ölkə Prezidenti Anjey Duda təqdim edib. Mərasim Nyu Yorkda baş tutub.
Eyzenberq rəsmi olaraq ölkə vətəndaşlığını almaq hüququna malik idi, çünki o, polyak köklərinə malikdir. Onun ulu nənəsi Polşada doğulub, lakin nasist qoşunlarından qaçmaq üçün 1938-ci ildə ABŞ-a mühacirət edib.
Onun Polşada qalan digər qohumları vəfat ediblər.
Eyzenberqin ailə tarixi "Əsl ağrı" filminin əsasını təşkil edib.
Eyzenberqə Polşa vətəndaşlığına dair sənədləri təqdim edən Anjey Duda qeyd edib: “Mən xoşbəxtəm ki, okeanın o tayından gələn insanlar öz irslərini bilirlər, Polşa köklərini xatırlayırlar və ölkəmizlə əlaqələri bərpa etməyə çalışırlar”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 09 Mart 2025 01:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















