Icma.az
close
up
RU
Aktyorun obrazını yaradanlar məhkəməyə veriləcək

Aktyorun obrazını yaradanlar məhkəməyə veriləcək

Icma.az, Reyting.az portalına istinadən məlumat verir.


Hollivud ulduzu kiçik Robert Dauni ABŞ kinostudiyalarına özünün süni intellektlə surətini yaratmağı qadağan edib.
Reyting.az
-ın məlumatına görə, məhşur aktyor kiçik Robert Dauni bir müddət əvvəl iştirak etdiyi "On With Kara Swisher" podkastındakı çıxışı zamanı deyib ki, onun kinoda rəqəmsal surətini yaratmağa çalışan hər kəsi məhkəməyə verməyə hazırdır.
Aktyorun fikrincə, bu təbiilikdən qaçmaq deməkdir və buna görə o, "Deepfakes", həmçinin digər oxşar texnologiyaların vasitəsilə öz obrazının ekranda istifadəsinə qarşı çıxır.
Aktyor daha sonra əlavə edib: "Marvel" baxımından da rahatam. Bu isə o deməkdir ki, mən onların personajımın ruhunu oğurlamalarından heç də narahat deyiləm, çünki bütün qərarları üç, yaxud da dörd nəfər verir. Mənimlə, ya mənsiz bunu heç vaxt mənə etməzdilər".
Podkast aparıcısı Kara Suişer isə deyib ki, bir gün Robert yox olacaq və Marvel, ya da digər film şirkətində gələcək rəhbərlik onun rəqəmsal surətindən istifadə etmək şansını qazanmaq istəyəcək. "Amma belə görünür ki, aktyorun bu iş üçün də planı var", - deyə aparıcı söyləyib.
Toni Stark rolunun ifaçısı kimi tanınmış kiçik Dauni Suşerin dediklərini cavabsız qoymayıb. Hollivud ulduzu ilk baxışdan qəribə təsir bağışlayan fikirlər söyləyib. O, deyib: "Yaxşı, elə isə sən düz deyirsən. Mən burada və indi bildirmək istərdim ki, bütün gələcək liderlərin hamısını indidən məhkəməyə vermək niyyətindəyəm".
Məhşur aktyorun sözlərinə görə, hətta o, işi elə quracaq ki, onun ölümündən sonra da bununla bağlı öhdəlik götürən hüquq firması kiçik Robert Dauninin hüquqlarının müdafiəsini davam etdirəcək.
Qeyd edək ki, artıq filmlərdə məşhurların sırasında olan bəzi aktyorların rəqəmsal versiyalarından istifadəsi ilə bağlı tez-tez mübahisəli vəziyyətlər yaranır.
Xatırladaq ki, bir müddət əvvəl tanınmış "Disney" kinostudiyası "Duruş gətirən - Tək. Ulduz müharibələri" filmində vəfat etmiş aktyor Piter Kuşinqin obrazından istifadə etdiyi üçün məhkəməyə verilib.
Oqtay QORÇU

Ana səhifəyə dön


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://reyting.az
archiveBu xəbər 04 Noyabr 2024 19:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see301

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see297

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see290

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see258

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see251

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see244

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see234

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see234

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see233

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see224

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see217

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see216

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see209

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see207

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see202

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see201

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see190

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see189

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see184

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri