Icma.az
close
up
RU
Ala Çillə və ya Boz Ay

Ala Çillə və ya Boz Ay

Icma.az bildirir, Modern.az portalına istinadən.

Bu gün Kiçik Çillə bitir. Üçüncü və sonuncu – Ala Çillə başlayır.

Ala Çillədə havalar çox dəyişkən olur olur: gündüz isti, axşam soyuq və yaxud bir gün isti, bir gün soyuq. Elə bu dəyişkənliyə görə də xalq arasında Ala Çilləyə Boz Ay deyirlər. Boz Ay Azərbaycanlıların ən böyük bayramı olan Novruza qədər davam edir.

Novruzaqədərki dörd çərşənbə də Boz aya təsadüf edir. Novruz hazırlıqları da bu aya düşməsi də Boz Aya xüsusi bir önəm və məna verir. Xalq arasında ən təmtəraqla isə dörd çərşənbənin sonuncusu olan Axır Çərşənbə qeyd olunur. Bəzi bölgələrdə, xüsusilə də Qərb bölgələrində Axır Çərşənbə hətta Bayramdan belə daha təntənəli və göstərişli keçirilir. Bayram axşamı və Bayram daha çox ailənin əhatəsində keçirilir. Axır Çərşənbədə insanlar elliklə şənlənib, müxtəlif oyunlar oynayır, əylənirlər.


“Boz ay bozara-bozara keçər” deyirdi dədə-babalarımız. “Ağlar-Gülər Ayı” kimi də tanınan Boz Ay həm də döl ayıdır. "Boz ayımız bozarsa da döl ayıdır ki, döl ayıdı", - deyimi də elə bununla əlaqəlidir. Bərəkət ayıdır həm də Boz Ay - qoyunlar quzulayar, mal-qaranın artımı insanlarımızı sevindirər. "Döl düşdü, bərəkətdən göl düşdü" deyimi burdan gəlir. "Quzuların səsindən qış səksənər, köynək-köynək ət tökər" ifadəsi də Boz Ayın başqa bir gözəl deyimidir.

Ancaq Boz ay nə qədər bozarsa da, soyuq nə qədər geri çəkilmək istəməsə də qış taqətdən, heydən düşür, onun enində-sonunda Bahara yeniləcəyi qaçılmazdır. Və havalar nə qədər şıltaqlıq etsə də Təbiət dirçəlməyə başlayır, Nərgiz və Novruzgülü torpağı yarıb boy göstərməyə başlayırlar.

Torpağın donu açılanda aynalı buzlar da çilinglənir, bulaqlar həyəcanla poqquldaşır, axar sular cuşa gəlir, quşların səsi aləmi bürüyür. Pətəklərdə qış yuxusundan süst düşmüş arılar çırpınaraq vızıltıları ilə qanadlarının səslərindən yeni bir Bahar simfoniyasının hazırlıqlarına başlayır, çalışmaq, yaşayıb-yaratmaq üçün günləri saymağa başlayırlar. Baharın ən əsrarəngiz dövrü ayaq açmağa başlayır, quşların səsi torpağın bağrını yarıb çıxan yaşıllıqların xışıltılı təranəsinə qarışır. Çayların, göllərin ayna buzları çilinglənir, sular çağlayır, bulaqlar qaynayır, torpağın donu açılır. Çölləri, yamacları turacların, kəkliklərin, bildirçinlərin nəğməsi bürüyür. Arılar pətəklərindən boylanır. Torpağın köksündən bahar cücərtiləri çırtdayır. Yazın şux və qaynar çağı, torpağın dirilən və oyanan çağı başlayır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://modern.az
archiveBu xəbər 20 Fevral 2025 09:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see948

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see424

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see330

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see248

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see235

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see234

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see226

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see216

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see206

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see205

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see196

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see195

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see193

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see190

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see188

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see187

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see183

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see179

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see177

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri