Icma.az
close
up
RU
Gənclərin çillə və boz ay barədə elementar təsəvvürləri YOXDUR

Gənclərin çillə və boz ay barədə elementar təsəvvürləri YOXDUR

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Elə hisslər var ki, insana qanla, genlə keçir, amma bunu əsas tutub təhsil sistemində milli ənənələrimizin öyrədilməsinə yer verilməməsi qəbuledilməzdir”.

Bu sözləriModern.az-a adət-ənənələrin gənclər tərəfindən getdikcə unudulması və təhsil sahəsində sözügedən mövzuya yetəri qədər diqqət göstərilməməsi haqqında danışarkən təhsil eksperti Nadir İsrafilov bildirib.  

O qeyd edib ki, məktəbin vəzifəsi bu hissləri üzə çıxarmaq və daha da inkişaf etdirməkdir:

"Onu da qeyd edək ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda məsuliyyətini dərk edən, xalqının milli ənənələrinə, Azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirmək, milli mənəvi və ümumbəşəri dəyərləri qoruyan və inkişaf etdirən, geniş dünyagörüşünə malik olan, təşəbbüsləri və yenilikləri qiymətləndirməyi bacaran, nəzəri və praktiki biliklərə yiyələnən, müasir təfəkkürlü və rəqabət qabiliyyətli kadrlar hazırlamaq təhsil sisteminin başlıca vəzifələrindən biri kimi müəyyənləşdirilib".

Nadir İsrafilov vurğulayıb ki, təlim və tərbiyə haqqında indiyə qədər yazılmış vəsaitlərin və dərsliklərin çoxuna ya ideologiyaların təsiri olub, ya da hansısa bizə məlum olan və olmayan səbəblərdən bu sahədə bir çox ədəbiyyatlar nəşr olunub geniş oxucu kütəsinə çatdırılmayıb:

“Təhsil və tərbiyənin paradiqmaları haqqında yazılan elmi işlərdə və keçirilən dərslərdə milli dəyərlərlə bağlı məhdud sayda mütəfəkkirlərin əsərlərinə və fikirlərinə istinad olunub ki, bu səbəbdən də insanın bütün dövrlərdə formalaşmasına hərtərəfli yardımçı olan təhsil və tərbiyə haqqında yazılmış bir çox mühüm əsərlər pedaqoqlar, alimlər, tələbələr, bütövlükdə geniş oxucu kütləsinin maraq dairəsindən kənarda qalıb. Halbuki, bu gün ümumi orta təhsilin məqsədi bir çoxlarının düşündüyü kim, öz yetirmələrinə təkcə bir ovuc bilik verməkdən ibarət olmayıb, təhsilalanlarda nitq, yazı və ünsiyyət mədəniyyətinin, sağlam həyat tərzinin formalaşdırılmasını, idrak fəallığının və məntiqi təfəkkürünün inkişafını təmin etmək, müvafiq təhsil proqramı üzrə əldə etdiyi bilikləri tətbiq etmək, cəmiyyətdə baş verən hadisələri dəyərləndirmək, öz gələcək həyat yolunu və fəaliyyət istiqamətlərini müəyyənləşdirmək, müstəqil öyrənmə və qərar qəbul etmə bacarığını, peşə seçiminə və əmək fəaliyyətinə hazırlamaqla yanaşı, həm də onların dövlətə və dövlətçiliyə, Azərbaycan xalqının milli-mental dəyərlərinə və ümumbəşəri dəyərlərə sədaqət ruhunda tərbiyə olunmasını təmin etməkdən, bir sözlə hərtərəfli və ahəngdar inkişaf etmiş şəxsiyyətyönümlü vətəndaş yetişdirməkdən ibarətdir”.

Təhsil eksperti bildirib ki, bu gün yeniyetmə və gənclərimizin qış fəslini 3 yerə bölən 40 günlük böyük çillə, 20 günlük kiçik çillə və bundan sonrakı 30 günlük boz ay haqqında heç olmasa elementar təsəvvürləri yoxdur.
“Gənclər arasında 1967-ci ildən isə Azərbaycanda dövlət səviyyəsində rəsmi bayram kimi qeyd olunan Novruz ənənələrinin yaranma və bir ənnənə halını alması ilə bağlı düşüncələri nə dərəcədədir? Nə yaxşı ki, heç olmasa Novruz ənənələrini yaşadan “Dəli Kür”, “Yeddi oğul istərəm” kimi filmlər çəkilib. Bu kimi misalların sayını istənilən qədər davam etmək olar. Bir çox ölkələri dünyaya tanıdan onların milli musiqisi olub. Musiqi hər bir xalqın unikal identikliyini qoruyub saxlayan komponentlərdən biri kimi onun mədəni irsinin formalaşmasında mühüm rol oynayır. Son illərdə isə ölkəmizdə yeniyetmə və gənclərin bayağı musiqilərə meylinin artdığı açıq-aşkar hiss olunmaqdadır. Halbuki, bir xalqın musiqisinin bayağılaşması onun əsrlərlə qoruyub saxladığı mədəniyyətinin, incəsənətinin bayağılaşması deməkdir. Bu misalı niyə çəkdim? Axı, bu kimi korifeylərin yetişməsinin təməli məhz məktəb illərində qoyulub. Bu gün isə baş verənlər bizi təəssüfləndirir. İstər dərs vəsaitlərinin hazırlanmasında milli kimliyimizin, ənənələrimizin qorunmasına diqqət yetirməmək, istərsə də məktəblərdə musiqi, təsviri incəsənət kimi dərslərin ikinci plana atılması milli kimliyimizə təhdiddir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:232
embedMənbə:https://modern.az
archiveBu xəbər 27 Fevral 2025 12:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see322

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see255

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see249

“Təzə ata olmuşdu, qucağımda şəhid oldu” VİDEO

27 Sentyabr 2026 01:31see247

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see244

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see239

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

27 Sentyabr 2026 16:08see223

Müctəba Xameneinin müalicə olunduğu xəstəxana bombalanıb Yeni təfərrüat

27 Sentyabr 2026 10:08see220

Heç vaxt müflis olmayacaq BÜRCLƏR

27 Sentyabr 2026 03:44see207

Vətən müharibəsinin başlamasından altı il keçir Azərbaycanda Anım Günüdür!

27 Sentyabr 2026 01:05see206

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

27 Sentyabr 2026 15:17see205

Heç bir estetik və botoksum yoxdur (Video)

27 Sentyabr 2026 13:48see205

Fransada insident: Sürücü avtomobili kütlənin üzərinə sürdü

27 Sentyabr 2026 03:26see203

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see200

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see190

Azərbaycana “xəyanət” deyənlər öz ticarət rəqəmlərinə niyə baxmır?

27 Sentyabr 2026 20:36see170

TikTokdan məhkəmədə şok etiraf: Uşaqları tətbiqə bağlayacaq şəkildə hazırlanıbmış

27 Sentyabr 2026 04:03see168

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

27 Sentyabr 2026 21:37see168

Nigerdən Fransa və Ukraynaya ağır İTTİHAM

27 Sentyabr 2026 05:00see162

Çinlilərdən inqilabi neft emalı üsulu

27 Sentyabr 2026 11:26see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri