Albaniya Prezidenti: Azərbaycan ilə çox yaxşı siyasi dialoq mövcuddur və iqtisadi əməkdaşlıq gücləndirilib
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Nyu-York, 24 sentyabr, AZƏRTAC
Albaniya və Azərbaycan çox yaxşı dost ölkələrdir.
Bunu AZƏRTAC-a açıqlamasında Albaniya Prezidenti Bayram Beqay bildirib.
Albaniya Prezidenti deyib ki, iki ölkə arasında çox yaxşı siyasi dialoq mövcuddur və iqtisadi əməkdaşlıq da gücləndirilib. “Qarşılıqlı maraq doğuran sahələrdən biri enerji sahəsidir və Azərbaycanın Albaniyadakı investisiyaları çox yüksək qiymətləndirilir. Trans-Adriatik boru kəməri vasitəsilə Avropanın enerji təhlükəsizliyi təmin olunur və bu gün Azərbaycandan Albaniyaya və bütün Avropaya gələn qazın həcmi artır. Düşünürəm ki, qarşılıqlı maraq doğuran digər sahələrdə, xüsusilə turizm sahəsində əməkdaşlığımızı inkişaf etdirmək üçün birgə çalışmalıyıq. Dostluq münasibətlərimiz sayəsində gələcəkdə bunu daha yaxşı edə biləcəyik”, - deyə Bayram Beqay vurğulayıb.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Nyu-York
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 24 Sentyabr 2025 20:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















