Albanlardan Trampın kürəkəninə zərbə: Sazan adası gərginliyi
Bakupost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Albaniyada ABŞ prezidenti Donald Trampın kürəkəni Jared Kuşnerin rəhbərlik etdiyi “Affinity Partners” şirkətinin dəbdəbəli kurort layihəsi ilə bağlı araşdırmalara başlanılıb.
Bakupost.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Albaniyanın Korrupsiya və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə üzrə Xüsusi Prokurorluğu məlumat yayıb.
Layihə Adriatik dənizində tənha Sazan adasını və Albaniya sahillərində flaminqolar, suitilər və dəniz tısbağaları üçün yuva yeri kimi xidmət edən qorunan ərazini əhatə edir.
“Affinity Partners”in kurortla bağlı planlarını 2024-cü ilin avqustunda açıqlayan Kuşner bu ilin əvvəlində həyat yoldaşı İvanka Trampla birlikdə əraziyə səfər edib.
Albaniyanın Baş naziri Edi Rama hökumətlə Kuşner arasında müzakirələrin davam etdiyini və layihəyə 10 min otel otağının daxil olacağını bildirib. Rama layihənin qorunan təbii ərazilərə ziyan vuracağı ilə bağlı iddiaları rədd edib.
Hazırda isə ətraf mühiti mühafizə təşkilatlarının başçılığı ilə vətəndaşlar etiraz aksiyaları təşkil etməyə başlayıblar.
İyunun 6-da yeni uzunmüddətli etiraz aksiyalarının keçiriləcəyi gözlənilir.
Bilal, BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 03 İyun 2026 18:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















