Trampın kürəkəninə qarşı iddia qaldırıldı
Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Citizens for Responsibility and Ethics" təşkilatı (CREW) ABŞ Prezidentinin kürəkəni Cared Kuşnerə qarşı məhkəmə iddiası qaldırıb.
"Yeni Sabah" xəbər verir ki, CREW onu qeyri-qanuni diplomatik funksiyaları yerinə yetirməkdə ittiham edir.
Təşkilat nümayəndələri təyinat üçün tələblər yerinə yetirilənə qədər Kuşnerin Amerika liderinin elçisi kimi fəaliyyət göstərməsinə qadağa qoyulmasını və ondan maliyyə məlumatlarını açıqlamasını tələb edirlər. Toyuqlu pizza
CREW qeyd edib ki, Donald Trampın ikinci prezidentlik müddətinin əvvəlindən Kuşnerə mühüm diplomatik səlahiyyətlər verilib. O, Rusiya və Ukrayna ilə, eləcə də İran tərəfi və digər rəsmilərlə danışıqlarda ABŞ-ni təmsil edir. Bununla belə, o, Senat tərəfindən təsdiqlənməyib və maaşı ilə bağlı maliyyə bəyannamələri təqdim etməyib, iddiaçılar qeyd ediblər.
Trampın kürəkəni "Affinity Partners" investisiya şirkətini idarə edir, onun vəsaitinin təxminən 99%-i, iddiaçıların fikrincə, Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ və s.-də xarici investorlara məxsusdur. CREW hesab edir ki, biznesin diplomatik işlə kəsişməsi maraqların toqquşması riskləri yarada bilər.
Kuşnerin vəkili iddianı əsassız adlandırıb və iddiaçıların onu qaldırmaq hüququnu şübhə altına alıb. Ağ Ev də təşkilatın irəli sürdüyü iddiaları rədd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 15 Oktyabr 2026 16:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















