Icma.az
close
up
RU
Aldadılan şəxslər arasında həbsxana rəisi olmuş Həsənov da var

Aldadılan şəxslər arasında həbsxana rəisi olmuş Həsənov da var

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Bir neçə gün öncə külli miqdarda dələduzluğa görə 7 il həbs cəzası alan riyaziyyat müəlliminin cinayət işinin təfərrüatı məlum olub.

“Qafqazinfo” Musavat.com-a istinadən xəbər verir ki, bir neçə nəfərə qarşı dələduzluq edən 51 yaşlı Aqşin Həsənovun pul aldığı şəxslərdən biri də həbsxana rəisi olub.

Həsənov ifadəsində bu əməli maddi ehtiyaclarını qarşılaya bilmədiyi üçün etdiyini deyib. Bildirib ki, özünü Dövlət İmtahan Komissiyasında nəzarətçi işləyən, Komissiyada yaxşı əlaqələri olan şəxs kimi, eləcə də Məleykə Abbaszadənin yaxın adamı kimi təqdim edib.

Görüşdüyü adamlara çox adamı universitetə qəbul etdirdiyini deyən Həsənov, hətta bəzi şəxslərin övladını universitetə apararaq orada şəkillərini çəkib. Həmin şəkilləri uşaqların valideynlərinə göndərərək onlara təbrik mesajı da göndərib. Dərs ili başlayanda isə pul aldığı şəxslərin övladlarının ali məktəblərə qəbul olmadığı məlum olub.

Həsənovun aldatdığı şəxslərdən biri də 14 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi olmuş Rövşən Həsənov olub.

Təqsirləndirilən şəxs Rövşən Həsənovdan 2019-cu ildə qızını orta məktəblərdən birinə müəllimə kimi işə düzəldəcəyini vəd edərək 10 min manat pul alıb. Bu görüş və danışıq elə Cəzaçəkmə Müəssisəsində olub. Rövşən Həsənov öz xidməti otağında 5 900 dolları təqsirləndirilən şəxsə verib. Sonra aldadıldığını başa düşüb.

Fotoda: Aqşin Həsənov

Rövşən Həsənovun ifadəsində diqqətçəkən bir məqam var. Belə ki, Rövşən Həsənov təqsirləndirilən şəxsi Lütfi adlı şəxs vasitəsilə tanıyıb. Lütfi həmin zaman Rövşən Həsənovun rəisi olduğu həbsxanada cəza çəkirmiş. Aqşin Həsənov Lütfinin yanına görüşə gələn zaman rəis onu görüb. Rəis həbsdə olan Lütfi ilə söhbət zamanı Aqşinin nə işlə məşğul olduğunu soruşub. Lütfi də Aqşinin müəllim olduğunu, Təhsil Nazirliyində tanışlarının olduğunu deyib.

“Qızım müəllimlərin imtahanından 48 bal toplamışdı. Keçid balı isə 50 idi. 2019-cu ildə Aqşinlə görüşəndə dedi ki, bu işi həll edəcək. Mən də 5 900 dollar verdim. Puldan cəmi 3 min manatı qaytarılıb. Bu barədə qızımın məlumatı yox idi. Düşünürdüm ki, əgər iş alınsa, qızım özü qəbul olmuş kimi bilsin”, - deyə Rövşən Həsənov ifadəsində bildirib.

Qeyd edək ki, Rövşən Həsənov bu ilin fevral ayında tutduğu vəzifədən uzaqlaşdırılıb.

Zərərçəkmişlərdən biri də daş karxanasının müdiridir. O, kirvəsi olduğu Qəzənfəri “Kooperasiya” Universitetinin İqtisadiyyat fakültəsinə qəbul etdirməsi üçün Həsənova 30 min manat pul veribmiş.

Bu işdə Aqşin Həsənovun tanışı olan Lütfi adlı şəxsin də adı keçir. Belə ki, Həsənov aldatdığı şəxslərin bəzilərini Lütfinin vasitəsilə tanıyıb. Lütfi ilə Aqşin Həsənov tələbə yoldaşı olublar.

Zərərçəkmişlərin ifadələrindən məlum olub ki, Aqşin Həsənov özünü həm də Təhsil Nazirliyinin işçisi, məktəb direktorunun müavini kimi də təqdim edib.

Məhkəmə istintaqı zamanı məlum olub ki, Aqşin Həsənov aldatdığı şəxslərdən ümumilikdə 271 min manat pul alıb. Aldığı pulların 50 min manatını hissə-hissə zərərçəkmişlərə ödəyib. Zərərçəkmişlər pullarını tam ala bilmədiyi üçün şikayətçidirlər. Məhkəmənin hökmü ilə Aqşin Həsənov 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Həsənovun apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edilib ki, 51 yaşlı A.Həsənov 1995-1999-cu illərdə Lənkəran Dövlət Universitetinin Riyaziyyat fakültəsində təhsil alıb. 1999-2012-ci illərdə Lerik rayonu M.Qasımov adına Bibiyonu kənd tam orta məktəbində, 2013-2017-ci illərdə isə Abşeron rayonu Masazır kənd 2 saylı tam orta məktəbində müəllim işləyib. O, həmin vaxt müəllim yoldaşına xeyli pul “atdığına” görə işdən çıxarılıb və məhkəmə tərəfindən cərimə cəzasına məhkum edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:54
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 21 İyun 2025 16:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see189

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see183

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see147

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see146

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see144

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see130

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see125

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri