Icma.az
close
up
RU
Alena Akuliç: Azərbaycan ilə yaşıl enerji sahəsində əməkdaşlığın intensivləşməsindən məmnunuq

Alena Akuliç: Azərbaycan ilə yaşıl enerji sahəsində əməkdaşlığın intensivləşməsindən məmnunuq

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Berlin, 19 noyabr, AZƏRTAC

“Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin Berlində təqdimatının keçirilməsindən çox məmnunuq. Biz əməkdaşlığımızın, xüsusən də yaşıl enerji sahəsində intensivləşdirilməsinə böyük əhəmiyyət veririk.

Bunu Berlində “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsi ilə bağlı təqdimatda iştirak edən Alman İqtisadiyyatının Şərq Komitəsinin Şərqi Avropa üzrə regional direktoru Alena Akuliç AZƏRTAC-a müsahibəsində deyib. O, 2022-ci ildə yaşıl transformasiyaya həsr olunmuş platforma yaratdıqlarını qeyd edərək alman şirkətlərinin həmin platformada öz təcrübələrini bölüşdüyünü bildirib: “Onlar, həmçinin daha fəal iştirak etməyə hazırdırlar. Biz bu platformanı layihəyə inteqrasiya edəcəyik və şübhəsiz ki, Almaniya iqtisadiyyatından əlavə töhfələr də olacaq”.

Azərbaycanın Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi ilə sıx əməkdaşlıq qurduqlarını qeyd edən regional direktor altı vebinarın planlaşdırıldığını və növbəti tədbirin gələn həftə keçiriləcəyini vurğulayaraq deyib: “Biz bu layihəyə ciddi yanaşırıq. Bugünkü tədbirdə bir sıra şirkətlər iştirak etdi, konkret suallar verib təkliflər səsləndirdilər. Alman İqtisadiyyatının Şərq Komitəsi olaraq bu prosesi məmnuniyyətlə dəstəkləyəcəyik və ümid edirik ki, çox önəmli olan bu layihədə Almaniya şirkətləri daha fəal iştirak edəcək. Həmçinin Almaniyada enerji sahəsində artıq mövcud olan bilik və təcrübə burada tətbiq olunacaq. İndiyədək müxtəlif layihələrdə əməkdaşlıq uğurla həyata keçirilib. Biz bu əməkdaşlığın daha da intensivləşməsindən məmnunuq, çünki potensial mövcuddur və bunu dəstəkləmək, gücləndirmək üçün əlimizdən gələni edəcəyik. Bu prosesdə həm Azərbaycanın Berlindəki, həm də Almaniyanın Bakıdakı səfirlikləri, eləcə də tərəfdaşlarla birlikdə çalışacağıq”.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Noyabr 2025 17:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yeni qan qrupu yaradılır: Yalnız 50 nəfərdə var

18 Noyabr 2025 00:35see250

Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir Azərbaycan XİN sözçüsü

17 Noyabr 2025 19:21see216

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

18 Noyabr 2025 11:13see206

BIAF 2025 Yang Liping Contemporary Dance (Çin) qrupunun Bahar ayini xoreoqrafik tamaşasını böyük uğurla təqdim etdi FOTO

17 Noyabr 2025 19:47see206

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see184

Futbol bileti olanlar vizanı tez alacaqlar

18 Noyabr 2025 11:16see150

Azərbaycan kimi ölkələrdə iqtisadi artım tempi 4 5% olmalıdır Natiq Cəfərli

17 Noyabr 2025 19:42see145

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

18 Noyabr 2025 19:43see137

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see136

Gələn ay 30 manat yardım veriləcək

18 Noyabr 2025 09:32see133

“Quba” gürcü oyunçu ilə yollarını ayırıb

17 Noyabr 2025 23:58see132

Məşhur Avropa kanalı Azərbaycanda ofis açdı GÖRÜNTÜ

17 Noyabr 2025 20:35see132

Almaniya və Çexiya rəqiblərinə “divan tutdu” gecənin nəticələri

18 Noyabr 2025 01:47see131

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

18 Noyabr 2025 20:09see130

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see128

Tramp BMT Təhlükəsizlik Şurasının qərarını alqışladı

18 Noyabr 2025 04:18see125

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see122

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see120

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see120

BİRMARKET də ŞOOOK Cümə!

18 Noyabr 2025 09:38see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri