Icma.az
close
up
RU
Ali Komissarın cılız maraqları

Ali Komissarın cılız maraqları

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

BMT rəsmisinin Azərbaycan məhkəməsinə müdaxilə cəhdi nədən xəbər verir?

Adı Volker, soyadı Türkdür. Amma özü milliyyətcə türk deyil. Bu, oxucuları çaşdırmasın. Volker Türk Avstriyalı almandır; bilirsiniz, alman dilindı də "ü" hərfi var.

Yazıya niyə bu cür başladım? Çünki adamın soyadı anlaşılmazlıq yarada bilər; bəzi insanlar Azərbaycanın əleyhinə fikirlər səsləndirmiş bu şəxsin milliyyətcə türk, mənşəcə Türkiyəli olduğunu düşünər, ya da belə "düşünmək" istər. Amma, yox! Adamın türk milləti ilə, Türkiyə ilə heç bir əlaqəsi yoxdur. Volker Türkün, sadəcə, soyadı belədir.

Əsas mətləbə -Volter Türkün BMT-nin İnsan Hüquqları Şurasındakı çıxışının şərhinə keçək.

Volker Türkün vəzifəsi belədir: BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı. Vəzifəsi - insan hüquqlarının müdafiəsidir. Ali Komissar olsa da, xırda hesablar dalınca düşüb. Adamın hüquq diplomu var; hətta Vyana Universitetində hüquq üzrə doktorluq dərəcəsi alıb, amma, görünür, hüququn təhsilini yetərincə almayıb. Yoxsa gerçək bir hüquqçu niyə soyqırım, kütləvi qətliam, etnik təmizləmə və sair kimi ən ağır cinayətlərdə əli olan şəxsləri müdafiə etsin?! Xocalı, Meşəli, Başlıbel, Qaradağlı, Ağdaban... qırğınları təkcə Azərbaycan xalqına qarşı soyqırım deyil ki! Azərbaycan xalqı bəşəriyyətin bir parçasıdır; deməli, bu cinayətlər bütövlükdə bəşəriyyətə qarşı törədilib.

Kimsə, ya da elə həmin Volker bəlkə düşünə bilər ki, 1992-ci ilin qışında Xocalıda 613 nəfər mülki şəxsin qətlə yetirilməsinin Volker Türkün vətəni Avstriyaya, yaxud başqa bir ölkəyə dəxli yoxdur. Amma elə deyil. Dünyanın bir yerində törədilən cinayət (hələ o, insanlıq əleyhinədirsə) cəzasız qalanda, bu dünyanın başqa bir yerində eyni cinayəti törətmək istəyənlərə stimul yaradır. Bu yer hətta neytral Avstriya da ola bilər. Heç kim heç nədən sığortalanmayıb.

Ona görə də insanlığa qarşı ağır və xüsusilə ağır cinayətlərdə əsaslı ittiham olunan şəxsləri müdafiə etməzdən qabaq hüquq doktoru Volker Türk iki dəfə düşünməli idi. Bir: bu təqsirləndirilən şəxslər kimlərdir, nələr ediblər, iki: onların əməllərinin bəraəti bəşəriyyət üçün çox təhlükəlidir.

Volker Türk deyir: "Azərbaycanda saxlanılan etnik ermənilər dərhal azadlığa buraxılmalıdır".

Necə yəni Azərbaycanda saxlanılan? Azərbaycan ərazisində Azərbaycan dövlətinə və xalqına qarşı ən ağır cinayətlər törətməkdə təqsirləndirilən şəxslər harda saxlanılmalıdır?! İsveçrənin dağ kurortlarında yoxsa Vyanadakı çoxulduzlu otellərdə?

Həm də "etnik ermənilər" ifadəsi Volker Türkün nə hüquqçu kimliyinə, nə də tutduğu İnsan Hüquqları üzrə Ali Komissar vəzifəsinə yaraşmır. Azərbaycan təcridxanalarında, həbsxabalarında ağır və xüsusilə ağır cinayətlərə görə təqsirləndirilən və ya məhkum olunmuş xeyli etnik Azərbaycanlı da - etnik türk də var, cənab Türk?! Adamlar törətdiyi konkret qanunsuz əməllərə görə mühakimə olunur, etnik mənsubiyyətinə görə deyil.

Bəli, Volker Türk xeyli sayda cinayətlərdə təqsirləndirilənləri "Azərbaycanda saxlanılan etnik ermənilər" adlandırır. Amma indiyədək bir dəfə də olsun bu şəxs Ermənistanda saxlanılan 4 mindən çox ETNİK Azərbaycanlılar haqqında bir kəlmə işlətməyib, onların dərhal azadlığa buraxılması haqqında Ermənistana çağırış etməyib.

Volker Türk 2022-ci ildən BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarıdır. Buna qədər adam öz karyerasını BMT-də məhz insan hüquqları, münaqişəli bölgələrdə insanların müdafiəsi üzərinə qurub. Hətta BMT baş katibinin müavini vəzifəsinə qədər gedib çatıb. Kosovoda, Bosniya və Herseqovinada, Demokratik Konqo Respublikasında bu işlərlə - beynəlxalq humanitar hüququn müdafiəsi ilə məşğul olub. Amma elə həmin illərdə Ermənistan Azərbaycan torpaqlarını işğal edirdi, etnik təmizləmə aparırdı, soyqırım törədirdi, Azərbaycanlıları - etnik türkləri və kürdləri Ermənistandan deportasiya edirdi. Qarabağda Azərbaycanlıları kütləvi girov götürür, onlara orta çağlarda da görünməmiş dərəcədə ağır işgəncələr verirdi, qul kimi işlədirdi, uşaqların orqanlarını çıxarıb xaricə satırdı və sair və ilaxır.

Həmin vaxt Volker Türk BMT sistemində insan hüquqları ilə məşğul idi. Artıq necə məşğul idisə, bunları "görməmişdi".

Ola bilsin, Zori Balayanın Xocalıda Azərbaycanlı qadınların, qocaların, uşaqların qətliamından bəhs edən o məşum kitabını Volker Türk oxumağa vaxt tapmayıb. Bəs Ermənistanın birinci prezidenti olmuş Levon Ter-Petrosyanın irqçi çıxışını da dinləməyib?! Bu çıxış Ermənistanın Azərbaycana, etnik Azərbaycanlılara qarşı bütün cinayətlərinin təkzibolunma sübutlar toplusudur.

Əgər bunlardan xəbəri varsa, heç bir münasibət bildirmirsə və ya xəbəri yoxdursa, deməli, Volker Türk nəinki BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı kimi yerində deyil, heç insan kimi vicdanı qarşısında da hesabat vermir. Əks halda ən azı

Ermənistanda saxlanılan əsir və girov Azərbaycanlıların taleyi ilə maraqlanardı, həmin o İnsan Hüquqları Şurasında o dörd min insan barəsində dördcə cümlə işlədərdi.

İnsan ali varlıqdır: bunu , İnsan Hüquqları üzrə Ali Komissar bilməlidir axı. 20-21-ci əsrlərdə insanı etnik mənsubiyyətinə görə öz yurdundan qovmaq, öldürmək, qula cevirmək... bunlar BMT-nin guya qoruduğu ali dəyərlərə - humanitar hüquqa sığırmı?! Əsla!

O dörd min insanın bir qismi əsirdir, çünki öz torpağını işğaldan qorumaq, işğalçıdan azad etmək üçün vuruşan əsgər olub. Qalanları - girovlar isə Azərbaycanda - öz dədə-baba yurdunda, öz evində yaşayan dinc sakinlər, mülki şəxslər idi. Onların heç birisi Ermınistan ərazisinə keçməmiş, orda hər hansı bir əməl törətməmişdilər. O günahsız insanları işğalçı Ermənistan ordusu Azərbaycan ərazisində əsir və girov götürmüş, Ermənistana aparmışdı. Ancaq Ruben Vardanyanı, Arkadi Qukasyanı, Arayik Arutyunyanı, Bako Saakyanı və sair təqsirləndirilən şəxsləri Azərbaycan öz ərazisində cinayət başında yaxalayıb. Bu şəxslərə qarşı ittihamlar hazırda Bakıda - məhkəmədə araşdırılır. Əslində isə Qarabağda separatçılıq, terrorçuluq, soyqırım, qanunsuz silahlı birləşmələr yaratma, saxlama, terrorçuluğu maliyyələşdirmə, etnik təmizləmə və sair kimi cinayətləri bu şəxslər və onların başçılıq etdiyi dəstələr Azərbaycanda nəinki Azərbaycanın özünün, bütün dünyanın gözü qarşısında törədiblər. Məsələn, həmin o təqsirləndirilənlərdən biri Gəncəni bombalamaq əmri verdiyini televiziya efirindən deyib. Bəlkə Volker Türk bunu da görməyib? Yaxud Moskvadan xüsusi missiya ilə hamının gözləri qarşısında Qarabağa gəlib, oradakı keçmiş hərbi xuntanın dövlət naziri olan adam bunu gizlincə etmişdi? Xeyr. Dünyanın gözü qarşısında edirdi; Azərbaycana qarşı terrorçuluğu, etnik separatçılığı maliyyələşdirirdi, dəstəkləyirdi. Bunu heç gizlətməyə ehtiyac da duymurdu, əksinə əməlləri ilə qürurlanırdı. Həmin o qondarma rejimin "xarici işlər naziri" Samvel Babayan bu rejimi rəsmən tanıtmaq, sədəqə toplamaq üçün xarici ölkələrə xəlvətcə uçurdu, orda-burda görüşləri hamıdan xəbərsiz keçirirdi?! Yox. Hamısı yazılırdı, çəkilirdi, efirlərdə göstərilirdi. Hər şeydən hamının xəbəri vardı. O cümlədən, Volker Türkün də. Deməli, bu şəxsin "etnik ermənilər dərhal azadlığa buraxılsın" çağırışı nə məlumatsızlıqdan doğur, nə hüquqdan irəli gəlir. Bu, sırf maraqdan qaynaqlanır. Başqa bir izahı yoxdur. Çünki bu yanaşmanın, dediyim kimi, hüquqla əlaqəsi yoxdur; suveren ölkənin məhkəmə sisteminin işinə qarışmaq özü də yolverilməzdir. Azərbaycan rəsmiləri Avsyriya məhkəmələrindəki proseslərə qarışır?! Yox. Volker Türk də qarışmamalıdır. Hüquq doktoruna bunu xatırlatmaq nə qədər qəribə olsa da, hər halda xatırladırıq. Əlavə olaraq, İnsan Hüquqları üzrə Ali Komissara bir sualım var: onun dediyi kimi, Azərbaycanda saxlanılan bir neçə təqsirləndirilən etnik erməni insandır və hüquqları var, amma Ermənistanda saxlanılan bir neçə min günahsız Azərbaycanlı insan deyil və hüquqları olmamalıdır?!

Ali Komissar bu suala cavab verməyə də bilər; cavab sualın özündədir.

Volker Türkün diqqətinə bir nüansı da çatdırım: Azərbaycanda on minlərlə etnik erməni var. Onların əksəriyyəti paytaxtda - Bakıda yaşayır. Volterin "məntiq"i ilə yanaşsaq, yəni Azərbaycan adamları etnik erməni olduğuna görə təqsirləndirilirsə, niyə eyni milli mənsubluğu olan on minlərlə erməniəsilli şəxsə "gözün üstə qaşln var" deyən yoxdur?! Səbəbi aydındır: əgər indi Bakı hərbi məhkəməsində mühakimə olunan şəxslər də Azərbaycan dövlətinə və xalqına qarşı silah qaldırmasaydı, qanunsuz əməllərə yol verməsəydi, onlarla kimin nə işi var idi ki. Hərə öz taleyini özü müəyyənləşdirib: kimisi qanun çərçivısində, dinc həyat yolunu seçib, kimisi də qanunsuzluğu, cinayət yolunu. Qanunsuzluq yolunu, yəni yolsuzluğu seçmiş adamlara isə milli mənsubiyyətinə görə güzəşt edilmir. Elə olsaydı, nə Azərbaycan həbsxanalarında bir nəfər də Azərbaycanlı olmazdı, nə də Ermənistan bir nəfər də olsun, erməniəsilli vətəndaşını məhkum etməzdi. Qanunla tərs düşənin əməlinə qanun münasibət bildirir. Qanun milliyyət, etnik mənsubiyyət fərqi tanımır, cənab hüquq doktoru!

Sonda bir məlumatı da xatırladım. Almaniya Federativ Respublikasının Baş Prokurorluğunun 2024-cü ilin iyunun 19-da yaydığı məlumata görə, Almaniyanın Frankfurt-Mayn şəhərində üç əcnəbi casusluqda şübhəli bilinərək saxlanılıb. Onlar Rusiya vətəndaşı Arman S., ikincisi Ukrayna vətəndaşı Robert A., üçüncüsü Ermənistan vətəndaşı Vardces İ. olub. İyunun 20-də baş tutan məhkəmədə hər üçünün həbsə göndərilməsi qərarı verilib. Saxlanılanlar xarici kəşfiyyat xidmətində işləməkdə şübhəli bilinirlər. Prokurorluğun açıqlamasında deyi məlumatına görə, onlar ölkəyə Ukraynadan gələn şəxs haqqında kəşfiyyat məlumatı toplamağa gəliblərmiş.

Almaniya ərazisində casusluqda təqsirləndirilmiş bu şəxslər arasında etnik erməni də var. Bəs nə üçün BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı həmin o erməniləri dərhal azadlığa buraxmağı Almaniya hökumətindən tələb etməyib?! Axı o da onlar da etnik ermənidir, bunlar da. Onlar da cinayətdə təqsirləndirilib, bunlar da təqsirləndirilir. Bəs nə üçün həmin şəxslər tutulanda, məhkum olunanda, Ali Komissar buna bir söz demir, Azərbaycanda mühakimə olunan erməniəsilli şəxslərin isə azadlığa buraxılmasını tələb edir. Belə çıxır ki, Volker Türkün həmin o qüsurlu məntiqinə görə, Almaniya dövlətinin qanunlarını pozan etnik erməni cəzalandırılmalıdır, Azərbaycan qanunu pozan etnik erməni isə sərbəst buraxılmalıdır.

Absurddur, elə deyilmi?!

Bahəddin Həzi, bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az-ı izləyin.
seeBaxış sayı:51
embedMənbə:https://www.bizimyol.info
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlər ən qədim quşlardan birini aşkar etdilər

04 Mart 2025 15:58see166

Finlandiya prezidenti Ukrayna ilə bağlı maraqlı şərt irəli sürdü: ABŞ Rusiya ilə yan yana ola bilməz

05 Mart 2025 11:03see133

“Abşeron” və “Milli Aviasiya Akademiyası” turu qələbə ilə bitirib

05 Mart 2025 01:34see128

Ekoloqlar yanğın yerinə GETDİLƏR

05 Mart 2025 11:03see127

İlon Mask amerikalıların şəxsi məlumatlarını araşdırmaqda ittiham olunur

05 Mart 2025 11:03see126

Dağıstanda silahlı toqquşma: 4 terrorçu öldürüldü YENİLƏNİB

05 Mart 2025 08:40see126

Çin hərbi büdcəsini kəskin artıracaq

05 Mart 2025 20:40see126

Gəncədə avtomobillər toqquşdu: Yaralı var Fotolar

05 Mart 2025 21:04see123

Ərdoğan və İlham Əliyev iftar süfrəsində

05 Mart 2025 21:24see120

Qaraciyər üçün ən faydalı qidalar Kələm, balıq, avokado

05 Mart 2025 07:20see117

Ermənilərin ABŞ dən deportasiyası: “Tramp belə addımlarla öz nüfuzunu…”

04 Mart 2025 22:26see117

Starbucks Rusiya bazarına qayıdır

05 Mart 2025 07:41see115

ABŞ da güclü külək: 500 mindən ev işıqsız qalıb

05 Mart 2025 21:08see115

Dövlət qurumlarına məxsus nəqliyyat vasitələri satışa çıxarılır

05 Mart 2025 09:09see115

Avtomobil almaq istəyənlərə ŞAD XƏBƏR 10 12 martdan…

05 Mart 2025 04:30see115

ABŞ qanunsuz miqrasiyaya şərait yaradan xarici rəsmilərə qarşı sanksiyalar tətbiq edəcək

06 Mart 2025 00:46see114

Bakının məşhur restoranlarında iftar süfrəsinin qiymətləri SİYAHI

05 Mart 2025 09:02see113

Deku rəğbət bəsləyir, Flik isə tam əmin deyil

05 Mart 2025 22:57see112

Lənkəranda yanğın zamanı ata və oğlu xəsarət alıb

06 Mart 2025 03:28see112

Rusiyalı deputat Rusiyaya qarşı sanksiyaları ləğv etməməyi xahiş edir...

06 Mart 2025 00:06see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri