Icma.az
close
up
RU
Ali Məhkəmə mülki işlərdə kassasiya şikayəti verərkən diqqət edilməli müəyyən məqamları açıqlayıb AZƏRTAC

Ali Məhkəmə mülki işlərdə kassasiya şikayəti verərkən diqqət edilməli müəyyən məqamları açıqlayıb AZƏRTAC

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 6 yanvar, AZƏRTAC

Azərbaycan Respublikasının Ali Məhkəməsində konkret mülki iş üzrə kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilib.

Ali Məhkəmədən AZƏRTAC-a bildirilib ki, buna səbəb kassasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğun tərtib edilməməsi olub.

Qərarda qeyd edilib ki, iş materiallarında kassasiya şikayəti mülki prosessual qanunvericiliyin tələblərinə uyğun tərtib edilməyib. Cavabdeh və onun vəkili tərəfindən verilmiş kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməyib.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (MPM) Əlavə 3-lə kassasiya şikayətinin forması müəyyənləşdirilib. Kassasiya həmin formaya uyğun tərtib edilməlidir. Formanın 5-ci hissəsində şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən pozulduğu və ya düzgün tətbiq edilmədiyi iddia olunan hər bir maddi hüquq norması sıralanmaqla göstərilməli, olduğu təqdirdə məhkəmə təcrübəsinin vahidliyinin pozulmasına dair dəlillər də qeyd edilməlidir.

Göstərilmiş hər bir normanın qarşısında pozuntunun və ya düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna və bu halların nə ilə nəticələndiyinə dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir.

Kassasiya şikayətinin 5-ci hissəsində maddi hüquq normaları əvəzinə, prosessual hüquq normaları sadalanmamaqla kifayətlənməməli, həmin normaların pozuntusunun və ya düzgün tətbiq edilməməsinin nədən ibarət olduğuna və bu halların nə ilə nəticələndiyinə dair mövqe aydın ifadə edilməlidir.

MPM-ə Əlavə 3-lə müəyyənləşdirilmiş kassasiya şikayətinin formasının 6-cı hissəsində şikayət edilən qətnamə və ya qərardad çıxarılarkən pozulduğu və ya düzgün tətbiq edilmədiyi iddia olunan hər bir prosessual hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında pozuntunun və ya düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna və bu halların nə ilə nəticələndiyinə dair mövqeni aydın şəkildə ifadə edən müvafiq izah verilməlidir.

MPM-in 407-ci maddəsinin tələbinə əsasən kassasiya şikayəti MPM-də nəzərdə tutulan formada verilməklə bərabər maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması formada nəzərdə tutulmuş cədvəl daxilində göstərilməlidir.

Yekunda məhkəmə kollegiyası hesab edib ki, işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadığına görə kassasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Nəzərə alınmalıdır ki, kassasiya qaydasında işə baxmaq üçün prosessual əsasların olmamasına görə kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətinin geri qaytarılması kimi hüquqi nəticəyə səbəb olur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Yanvar 2025 16:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see263

Sabahın havası Leysan, qar

14 Dekabr 2025 13:12see205

Fransada XVI əsrə aid qeyri adi dar ağacı tapıldı

14 Dekabr 2025 01:26see203

“Qarabağ bu gün Araz Naxçıvan ı sınağa çəkəcək

14 Dekabr 2025 08:37see194

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see181

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see158

Ermənistanda ARA QARIŞDI: Xocalı qatili SAVAŞ MESAJI verdi

14 Dekabr 2025 11:07see156

Kral xalqa müraciətində nə danışıb?

13 Dekabr 2025 19:01see150

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see146

Mayonezin gizli riskləri Həkimdən XƏBƏRDARLIQ

14 Dekabr 2025 02:37see145

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see141

Almaniyada məcbur hərbi xidmət gündəmdədir, qadınlar da çağırıla bilər

14 Dekabr 2025 01:08see136

FİFA Argentinanı DÇ 2026 dan uzaqlaşdıra bilər

13 Dekabr 2025 21:23see135

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see134

İllərin qəzalı binaları tarixə qovuşurlar: Sumqayıtda böyük söküntü BAŞLAYIR

14 Dekabr 2025 08:41see133

Rusiya Qara dənizdə Türkiyəyə aid gəmini vurdu

14 Dekabr 2025 06:56see133

Müharibənin sonu görünür Zelenski artıq sülh masasına hazırdır

14 Dekabr 2025 02:59see133

İnkişaf etmək istəyirsizsə, necə belə meydançada oynayırsız? Valdas Dambrauskas

13 Dekabr 2025 19:42see133

Xocalı qatili Paşinyana qarşı: Ermənistanda ARA QARIŞDI VİDEO

14 Dekabr 2025 22:51see132

Ramzan xüsusi hərbi əməliyyat zonasına 80 SUV göndərdi...

14 Dekabr 2025 01:22see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri