Icma.az
close
up
RU
Ali Satan: Sülhün düşmənləri fəaldır zaman itirilməməlidir

Ali Satan: Sülhün düşmənləri fəaldır zaman itirilməməlidir

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

Türkiyə-Ermənistan arasında baş verəcək hər hansı inkişaf sülh danışıqlarının gedişatından asılıdır

Yekun sülh müqaviləsindən sonra bu üç dövlətin liderlərinə Nobel Sülh Mükafatı verilməlidir

Qafqaz regionunda siyasi və diplomatik proseslər sürətlə dəyişməkdədir. Xüsusilə Türkiyə, Azərbaycan və Ermənistan arasındakı münasibətlər dünya ictimaiyyətinin diqqət mərkəzindədir. Regionda davam edən gərginliklər və münaqişələr fonunda, bu üç dövlətin sülh və dialoq yolu ilə məsələləri həll etməyə çalışması xüsusi əhəmiyyət kəsb edir.

Türkiyə ilə diplomatik münasibətlərin qurulması və sərhədlərin açılması Ermənistan üçün həqiqətən vacibdir. Eyni zamanda, Azərbaycanla əldə edilmiş sülhün daha da möhkəmləndirilməsi və institutlaşması da prioritetdir. Ermənistan hər iki istiqamətdə səmimi səylər göstərir. Xarici işlər naziri Ararat Mirzoyan türkiyəli həmkarı Hakan Fidanın bəyanatını şərh edərkən bildirib ki, Türkiyə ilə münasibətlərin tam tənzimlənməsi Ermənistan-Azərbaycan arasında normallaşma prosesinə mənfi təsir göstərməyəcək, əksinə, müsbət töhfə verə bilər. 

Qeyd edək ki, erməni ekspertlərin sabah Bakıya gəlmələri nəzərdə tutulub.

Marmara Universiteti Humanitar və Sosial Elmlər Fakültəsinin professoru, türk tarixçi Ali Satan Sherg.az-a açıqlama verib:

"Qafqazda Türkiyə-Azərbaycan-Ermənistan arasında baş verən inkişaflar bütün dünyanın diqqətini cəlb edir. Təəssüf ki, son illərdə dünyanın demək olar hər bölgəsində münaqişələr artır, müdafiə büdcələri yüksəlir və təhlükəsizlik riskləri hər ötən gün daha da çoxalır. Sanki dünya müharibəsinə doğru bir sürüklənmə yaşanır. Belə bir şəraitdə bu üç dövlətin öz aralarındakı məsələləri sülh və diplomatiya yolu ilə həll etməsi böyük bir uğur hesab edilməlidir. Bu yalnız üç dövlət başçısının üstün səyləri sayəsində mümkün ola bilər. Prosesi aparanlar heç vaxt unutmamalıdırlar ki, sülhün düşmənləri mövcuddur və gedişatı dayandırmağa, pozmağa çalışan qüvvələr fəaldır. Buna görə də, yekun sülhə bir an əvvəl çatmaq lazımdır. Sabahın nə gətirəcəyi məlum deyil. Türkiyə-Ermənistan arasında baş verəcək hər hansı inkişaf, embarqoların ləğvi, sərhədlərin açılması kimi məsələlər tamamilə Ermənistan-Azərbaycan sülh danışıqlarının gedişatından asılıdır. Türkiyə regional sülhü hər zaman istəyən və dəstəkləyən ölkə olub və belə də olacaq. Amma bu, yalnız Azərbaycanla birlikdə həyata keçiriləcək".

Ekapert Azərbaycan olmadan heç bir addım atmağın mümkün olmadığını vurğulayıb:

"Türkiyə-Azərbaycan münasibətləri qardaşlıq hüququna əsaslanır və bunu tələb edir. Azərbaycan buna əmin olmalıdır. Bölgəyə yekun sülh bir an əvvəl gətirilsə, bu hər kəsin xeyrinə olacaq. Yekun sülh müqaviləsi imzalandıqdan sonra mənim fikrimcə dərhal Nobel Sülh Mükafatı bu üç dövlətin liderlərinə verilməlidir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://sherg.az
archiveBu xəbər 20 Noyabr 2025 21:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see325

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see305

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see286

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see286

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see281

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see276

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see274

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see248

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see236

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see235

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see234

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see232

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see228

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see219

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see215

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see213

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see209

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri