Icma.az
close
up
RU
Ali təhsilli gənclər niyə işlə təmin edilmir? Şair jurnalist dövlət qurumlarına müraciət etdi

Ali təhsilli gənclər niyə işlə təmin edilmir? Şair jurnalist dövlət qurumlarına müraciət etdi

Gununsesi saytına istinadən Icma.az xəbər verir.

Ali təhsilli gənclər niyə işlə təmin edilmir?

Bu ciddi problem nə üçün həllini tapmır?

Aidiyyəti qurumlar bu problemin həllində maraqlı deyil? Əgər belədirsə səbəb nədir?

Qələmə aldığım bu yazıda Azərbaycan gənclərinin üzləşdiyi və böyük problemə çevrilən çox ciddi bir məsələyə toxunmaq istəyirəm.

Savadlı, bilikli, istedadlı gənclər ali təhsil ocaqlarını, eləcə də magistraturanı bitirir, amma doğulub böyüdüyü ölkəsində, yəni Azərbaycanda iş tapıb işləyə bilmir.

Nə üçün öz doğma ana VƏTƏNində ali təhsil almış gənclər dövlət qurumlarının rəhbəri olan yüksək vəzifə sahiblərinin diqqətindən kənarda qalır və işlə təmin olunmur? Hansı qurumlar və kimlər cavabdehdir axı bu məsələyə?

Bu günlərdə bir neçə işsiz gənclərlə görüşüb söhbətləşdik. Dövlət qurumlarının qapısını döyüb iş axtaran gənclərə ürəyim elə ağrıyır ki… Heyif bu gənclərdən ki, öz yurdunda, elində, obasında illərlə iş tapa bilmir.

Mənə çox maraqlıdır ki, Azərbaycanda bu xoşagəlməz hallar hələ neçə illər davam edəcək görəsən? Yoxsa yaxın vaxtlarda bu problemə son qoyulacaq?

Savadlı, istedadlı, ali təhsilli, hətta bir neçə xarici dili çox mükəmməl şəkildə bilən İlkin adlı işsiz bir gənclə görüşüb söhbətləşdik.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının məzunudur İlkin.

Beynəlxalq münasibətlər fakültəsini bitirib. Görüş zamanı bu ali təhsilli, istedadlı gənc onu da söylədi ki, təhsil aldığı illərdə yaxşı oxumaqla yanaşı həm də aktiv tələbə olaraq bir neçə ictimai vəzifənin sahibi olub.

2023 – cü ilin yayında İlkin ali təhsilini başa çatdırıb, amma təəssüflər ki, hələ də işsizdir, hələ də iş axtarır.

İlkin həmçinin Azərbaycan Respublikasının Milli Məclisində bir neçə ay praktika keçib. Bu gənc həqiqətən həm çox bilikli, elmli, həm də çox dərin zəkalı gəncdir. Mükəmməl şəkildə bir neçə xarici dil bilir İlkin. Hətta bir müddətdir ki, İlkin fransız və alman dilini də öyrənir.

Çünki məlumdur ki, belə bilikli, ali təhsilli gənclər öz ölkəsində iş tapa bilmədiyi üçün məcbur olub işləmək üçün xarici ölkələrə gedirlər.

Bugünə kimi İlkin bir çox müəssisə və dövlət qurumlarına müraciət etsə də, bu gənci ixtisasına uyğun işlə təmin etməyiblər. Bu, nə deməkdir axı?

Elə bu yerdə belə bir sual yaranır. Nəyə görə belə savadlı, bilikli, ali təhsil almış gənclər işlə təmin edilmir?

Axı niyə, nə üçün belə olmalıdır?

Səbəb nədir axı?

Onu da deyim ki, gənclərə qarşı belə xoşagəlməz münasibət birmənalı olaraq qətiyyən doğru, düzgün hal deyil.

Ürək ağrısıyla yana-yana söyləyirəm ki, bu cür xoşagəlməz hallar Azərbaycanın təhsilli gənclərinə qarşı çox böyük ədalətsizlik və çox böyük haqsızlıqdır.

Şair-jurnalist olaraq düşünürəm ki, hökumət və dövlətin aidiyyəti qurumları bu ciddi məsələlərlə bağlı müsbət yönlü işlər görməli və bu istiqamətdə lazımı addımlar atmalıdır.

Dövlət qurumlarının rəhbərliyi gənclərin üzləşdiyi bu ciddi problemi mütləq şəkildə nəzarətdə saxlamalıdır.

Sözsüz ki, ölkədə beyin mərkəzləri olmalıdır. Çünki dövlət siyasətinin formalaşmasında beyin mərkəzlərinin çox böyük əhmiyyəti var. Düzdür, son bir neçə ildə ölkəmizdə beyin mərkəzlərinin inkişaf etdirilməsinə diqqət var. Amma çox təəssüf hissilə deyim ki, Azərbaycandakı beyin mərkəzlərinin inkişafı Qərb ölkələrilə müqayisə oluna bilmir. Yəni Azərbaycanda fəaliyyət göstərən beyin mərkəzləri Qərb ölkələrindən çox geridədir.

Təhsilli gənclərə dəyər vermək lazımdır. Belə gənclər yüksək savadına, dərin biliyinə görə mütləq şəkildə qiymətləndirilməlidir.

Əlbəttə, İlkin kimi təhsilli, bilikli, zəkalı gənclər təhsil aldığı ixtisasa uyğun işlə təmin edilməlidir.

Vacib bir məsələni də vurğulayım ki, əgər çoxlu sayda təhsilli gənclər işsiz olduqları üçün Azərbaycanı tərk edib xarici ökələrə üz tutub getsələr vəziyyət necə olacaq?

Yəqin ki, bir boşluq yarana bilər.

Bəs aidiyyəti qurumların rəhbərləri bu haqda heç düşünmürlərmi? Ali təhsilli gənclərin xarici ölkələrə axın etməsi təbii ki, Azərbaycana yaxşı nələrisə vəd edə bilməz. Yəni belə bir hal baş verərsə, sözsüz ki, ölkədə hansısa boşluqların yaranması qaçılmaz ola bilər.

Amma bütün bunlarla yanaşı onu da demək lazımdır ki, hökumət və ayrı-ayrı qurumlar ölkədə müsbət istiqamətdə bir çox işlər də görür. Məlumdur ki, Qarabağ iqtisadi rayonunun böyük iqtisadi potensialı və resursları var. Bu baxımdan da bu regionun iqtisadi inkişafı üçün hökumət müsbət istiqamətdə bir çox işlər görür və imkanlar yaradır.

Eləcə də Qarabağda tikinti quruculuq işləri vüsət alıb. Yüzlərlə işsiz vətəndaşlar bu regionda işlə təmin olunub. Əlbəttə, hökumətin bu kimi işlərini sözsüz ki, müsbət qiymətləndirmək olar.

Şair-jurnalist kimi bu yazı vasitəsilə Azərbaycan Respublkasının Pezidenti İlham Əliyevə, 1-ci vitse-prezident Mehriban Əliyevaya, eləcə də bu məsələylə bağlı dövlətin aidiyyəti qurumlarına müraciət edirəm ki, gənclərin üzləşdiyi işsizlik problemi tez bir vaxtda həll olunsun, işsiz gənclər oxuduğu ixtisaslarına uyğun işlə təmin olunsunlar.

Dövlət Əmək Müfəttişliyi Xidməti də bu kimi məsələləri diqqətdə saxlamalı və müsbət istiqamətdə işlər görməlidir.

Jurnalist kimi ölkə gənclərinin qarşılaşdığı bu ciddi problemi mətbuatda işıqlandırmağı özümə borc bilirəm.

İndi isə söz məmurların və yüksək vəzifəli şəxslərindir. Cənablar, cavabınızı gözləyirik.

P.S. Azərbaycandakı işsizlik problemi neçə illərdir niyə və hansı səbəbdən həll edilmir?

XATİRƏ ƏZİZ Rəhimli

Şair-jurnalist

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 18 Mart 2025 20:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see202

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see165

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see150

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see149

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see144

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see144

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see140

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see137

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see136

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see134

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see131

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see127

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see127

Orbandan Moskva Vaşinqton sammitinin keçirilməsi ilə bağlı açıqlama

06 Noyabr 2025 22:57see126

Ermənipərəst konqresmen siyasətdən gedir

06 Noyabr 2025 20:41see125

Tramp Qazaxıstanın Abraham sazişinə qoşulduğunu elan edib

07 Noyabr 2025 04:18see124

Tramp Əl Şaraa ilə görüşdə Suriyanın Rusiyadan asılı vəziyyətə düşməməsinə çalışacaq ŞƏRH

06 Noyabr 2025 21:05see124

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see124

Ukrayna 18 aylıq döyüşlərdən sonra Pokrovsk şəhərini itirmək riski ilə üzləşir

07 Noyabr 2025 06:30see123

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri