Icma.az
close
up
RU
Alim olmaq SEVDASI Kimlər pedoqoji fəaliyyətlə məşğul OLA BİLMƏZ?

Alim olmaq SEVDASI Kimlər pedoqoji fəaliyyətlə məşğul OLA BİLMƏZ?

Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu gün elmi-pedaqoji  fəaliyyətlə məşğul olmaq bir dəb halını alıb. Bir çox insanlar hansısa sahədə işləməklə yanaşı, hansısa universitetdə pedaqoji fəaliyyətlə də məşğul olur və yaxud hansısa Elmi-Tədqiqat İnstitunun disertantıdır.
Maraqlıdır ki, işəgötürənlər də CV-lərə baxarkən elmi dərəcəsi olanlara daha çox üstünlük verirlər. Halbuki, nəzəri biliklər çox zaman praktika ilə üst-üstə düşmür. Bununla belə elmi-pedaqoji sahəyə maraq getdikcə artır. Bu da bəzi hallarda müəyyən problemlərə yol açır. Məsələn, bir şəxs həm daimi iş yerindən, həm də pedaqoji fəaliyyət göstərdiyi təhsil müəssisəsindən əmək haqqı alır. Bununla paralel neçə-neçə elm adamı və yaxud ixtisaslı kadr iş yeri tapa bilmir. Bu da haqlı narazılıq yaradır.
 

MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda neçə alim, neçə akademik var? - STATİSTİKA


Nəzərə alaq ki, qanunvericiliyə görə pedaqoji fəaliyyət ikinci iş yeri sayıldığına görə ixtiyari şəxs elmi-pedaqoji fəaliyyətlə məşğul ola bilər. Bununla belə, heç də hamı elmi- pedaqoji fəaliyyətlə məşğul ola bilməz.
Bəs, pedaqoji fəaliyyətlə məşğul olmaq hansı hallarda və kimlərə qadağan edilir?
Suala hüquqşünas Rahim Abıyev aydınlıq gətirib. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, qanunvericilikdə bəzi şəxslərə pedaqoji fəaliyyətlə məşğul olmaq qadağası var:
“Eyni zamanda, bəzi xəstəliklərin daşıyıcıları da pedaqoji fəaliyyətlə məşğul ola bilməzlər. Məsələn, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilənlər siyahısına ağır, xüsusilə ağır cinayət törətmiş və məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslər, fəaliyyət qabiliyyətsizliyinə və ya məhdud fəaliyyət qabiliyyətli olmasına, habelə barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olan şəxslər pedaqoji fəaliyyət göstərə bilməz.
Bundan əlavə, Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş siyahıya əsasən uşaqlara qarşı cinsi istismar və ya cinsi zorakılıqla bağlı cinayətə görə məhkum olunmuş şəxslər, eləcə də Elm və Təhsil Nazirliyinin təsdiq etdiyi etik davranış qaydalarını pozduğuna görə əmək müqaviləsinə xitam verilmiş pedaqoji işçi bir il müddətində pedaqoji fəaliyyətlə məşğul ola bilməz”.
Bəs hansı xəstəliklərə görə şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməzlər?
Müsahibimiz suala cavab olaraq qeyd edib ki, pedaqoji fəaliyyətlə məşğul olmasına qadağa qoyulmuş 34 xəstəlik mövcuddur:
“Həmin xəstəliklər, Xəstəliklərin Beynəlxalq Təsnifatı üzrə (XBT-10) kodları  üzrədir.” Təhsil haqqında” Qanuna görə pedaqoji fəaliyyətlə məşğul olmağa yol verməyən xəstəliklərin Siyahısı Nazirlər Kabinetinin 2019-cu il 18 fevral tarixli 57 nömrəli və pedaqoji fəaliyyətlə məşğul olma Qaydasının təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 156 nömrəli qərarları ilə təsdiqlənib”.
Surxay Atakişiyev, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:114
embedMənbə:https://bizim.media
archiveBu xəbər 06 Yanvar 2025 16:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see188

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see163

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see158

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see154

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see146

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see144

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see134

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see134

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see133

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see130

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see126

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri