Icma.az
close
up
RU
Aliment ödəməli olan kişilərin sayında artım var Sədr müavini

Aliment ödəməli olan kişilərin sayında artım var Sədr müavini

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ölkədə qəbul olunmuş “Gender bərabərliyi haqqında” və “Məişət zorakılığı haqqında” qanunların icrası istiqamətində dövlət proqramları hazırlanıb və tədbirlər həyata keçirilir. Ailə siyasətinin milli-mənəvi dəyərlərimizə əsaslanaraq formalaşdırılması da önəmli vəzifələrdəndir.

Modern.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Sədr müavini vurğulayıb ki, son illərdə boşanmaların sayının artması yeni sosial problemlər yaradıb:

“Aliment ödəməli olan ata və kişilərin sayında da artım müşahidə olunur. Lakin alimentlərin ödənilməməsi, qadınların və uşaqların rifahına birbaşa təsir edir və bu, artıq iqtisadi zorakılıq kimi qiymətləndirilə bilər”.

S.Qəhrəmanovanın sözlərinə görə, bu sahədə Komitə təhlillər aparıb və müəyyən edib ki, yerli qurumların – xüsusilə bələdiyyələrin bu istiqamətdəki işi daha da təkmilləşdirilməlidir:

“Komitənin son vaxtlar həyata keçirdiyi vacib tədbirlərdən biri də bələdiyyələrin rolunun artırılması və onların hər biri üzrə risk qrupuna daxil olan ailələrin müəyyənləşdirilməsi olub. Məişət zorakılığına məruz qalan ailələrin müəyyənləşdirilməsi, həmin ailələrlə işləmək və qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülməsi artıq yerli idarəetmə səviyyəsində də prioritet olmalıdır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:123
embedMənbə:https://modern.az
archiveBu xəbər 13 Noyabr 2025 12:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see343

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see330

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see315

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see308

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see285

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see272

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see267

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see250

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see238

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see231

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see230

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see226

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see218

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see214

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see213

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see211

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see211

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see204

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see202

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri