Icma.az
close
up
RU
Alimlər Edisonun 1879 cu ildəki lampa təcrübəsini təkrarladı Gözlənilməz nəticə

Alimlər Edisonun 1879 cu ildəki lampa təcrübəsini təkrarladı Gözlənilməz nəticə

Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Alimlər amerikalı ixtiraçı Tomas Edisonun erkən eksperimentlərindən birini təkrarlayıblar. Tədqiqatçılar bildirirlər ki, Edison bəlkə də öz dövründə tam anlam verə bilmədiyi xüsusiyyətlərə malik material yaradıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "IFLScience" yazıb.

Qeyd olunur ki, Edisonun əvvəlində digər ixtiraçılar da elektrik lampaları hazırlamışdılar, lakin bu erkən modellərin iş müddəti çox qısa, istehlak etdiyi cərəyan isə çox yüksək idi. Edison və komandası müxtəlif lampanın filaman növləri və kömür qalıqlarının çıxarılması üsulları ilə eksperimentlər apararaq böyük irəliləyiş əldə etmişdi.

Rays Universitetindən Lukas Eddi və digər alimlər Edisonun 1879-cu il təcrübəsini təkrar ediblər, lakin məqsəd lampanın yaradılması deyil, qrafen əldə etmək olub. Qrafen, altıguşəli struktura malik ikiölçülü karbon formasıdır və kvant fizikasında eksperimentlərdə istifadə olunur; gələcəkdə superkompüterlər və enerji saxlama qurğularında tətbiq edilə bilər.

Alimlərin dediyinə görə, karbonun bir forması olan turbo-statik qrafen hazırda karbon rezistoruna gərginlik tətbiq edilməklə əldə edilir və ən azı 2000 °C temperatur tələb edir. Tədqiqatçılar daha ucuz və sadə üsul tapmaq istəyiblər.

Eddi bildirib ki, əvvəlcə o və komanda qıvılcım qaynaq aparatlarından tutmuş ildırım vurmuş ağaclara qədər hər şeyi nəzərdən keçiriblər. Bir müddət sonra onlar xatırlayıblar ki, Edisonun erkən lampalarında tez-tez karbon filaman istifadə olunurdu.

Məqalədə xatırladılır ki, Edisonun ilk lampaları filamanı 2300 °C qədər qızdırmaqla işə düşürdü. Sonradan karbon filamanlar volfram filamanlarla əvəz olunub.

Alimlər lampanı yalnız 20 saniyəlik yanıq vəziyyətdə saxlayaraq filamanın rəngini bozdan gümüşü tona dəyişə biliblər. Tədqiqatçılar müəyyən ediblər ki, filamanın bəzi hissələri qrafenə çevrilir.

Alimlər hesab edirlər ki, Edisonun lampalarına bənzər qurğular qrafenin sabit gərginlik altında istehsalını və onun daxilində defektlərin yaranmasını daha asan öyrənmək üçün istifadə oluna bilər.

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:147
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 07 Fevral 2026 15:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see397

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see375

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see361

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see331

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see301

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see282

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see276

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see271

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see269

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see262

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see243

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see243

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see242

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see236

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see235

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see230

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see216

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see212

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see210

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri