Alimlər Günəşin Yer üçün təhlükəsindən danışdılar: Planetdə heç bir canlı qalmayacaq
Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Günəşin qocalması və istiləşməsi Yerdə istixana effektinin yaranmasına səbəb olacaq.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Planetary Science" nəşrinin dərc etdiyi yazıda bəhs edilib.
Bildirilib ki, Çikaqo Universitetindən olan alimlər bu prosesi planetdə həyatın mövcudluğuna təhlükə kimi qiymətləndirirlər.
Tədqiqatçılar hesab edirlər ki, Yer planeti var olandan bəri Günəşin parlaqlığı 30 faiz artıb və yüksək templə yüksəlməyə davam edir. Eyni proses kosmosdakı digər ulduzlarla da baş verir.
Alimlərin ehtimalına görə, eyni aqibət Günəşin başına gəldiyi zaman Yer kürəsində istixana effekti yaranacaq. Bu səbəbdən də, planet daha sürətlə istiləşəcək.
Proses ilk növbədə, bitkilərə, bundan sonra isə heyvanlara və insanlara təsir edəcək. Nəticələr qlobal xarakter daşıyacaq - planetdə sözün əsl mənasında heç bir canlı qalmayacaq.
Alimlərin təxminlərinə görə, bu, milyard ildən sonra baş verə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 23 Aprel 2025 07:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















