Alimlər insanların yenidən diş çıxarmasının mümkün olduğunu deyiblər
Baku.ws saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Əgər daimi diş itirildikdə ənənəvi olaraq protez və ya titan implantlar tətbiq olunurdusa, yaxın gələcəkdə yeni dişin təbii şəkildə çıxması mümkün ola bilər. Tafts Universitetindən Pamela Yelik rəhbərliyindəki bir qrup tədqiqatçı bu ideyanı reallaşdırmaq üçün ciddi araşdırmalar aparır.
Son aparılan bir təcrübədə alimlər insan və donuz hüceyrələrinin qarışığından istifadə edərək donuzlarda insana bənzər dişlər yetişdirə biliblər. Təcrübənin əsasını gələcək diş toxumalarını formalaşdıran "diş tumurcuqları" təşkil edib. Tədqiqatçılar bu məqsədlə insanın ağıl dişlərindən alınan hüceyrələri və inkişafının erkən mərhələsində olan donuz diş tumurcuqlarını birləşdiriblər. Qeyd edək ki, donuzlarda təbii diş bərpası qabiliyyəti insanlara nisbətən daha güclüdür.
Laboratoriyada hazırlanmış bu toxumalar donuzların çənəsinə implantasiya edilib və bir neçə ay ərzində yeni dişlərin inkişafı müşahidə olunub. Eksperiment tam diş formalaşması ilə nəticələnməsə də, əldə edilən strukturlar insan dişlərinə çox bənzəyirdi.
Bu mühüm elmi irəliləyiş gələcəkdə implantatsiyasız, təbii diş bərpasına imkan aça bilər. Pamela Yelikin sözlərinə görə, texnologiyanın inkişafı davam edərsə, bu cür prosedurlar təxminən 10 il ərzində insanlar üçün əlçatan ola bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 27 Aprel 2025 21:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















