Hansısa ölkələrin müharibəsində döyüşçü olmaq vətəndaşımız üçün cinayət məsuliyyəti yaradır
Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Milli Məclisin deputatı Azər Allahverənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycan qanunvericiliyində bu məsələ çox konkret şəkildə qoyulub: “Əgər Azərbaycan Respublikasının vətəndaşı başqa bir ölkənin silahlı qüvvələrinin tərkibində muzdlu döyüşçü qismində döyüşürsə və ya xidmət göstərirsə, yəni hərbi münaqişədə iştirak edirsə, bu, faktiki olaraq cinayət məsuliyyəti yaradan bir haldır. Belə faktlar barədə informasiya sosial hesablar üzərindən kifayət qədər geniş yayılır. Bəzi mənbələrdə yayılan məlumatlara görə, Ukrayna Silahlı Qüvvələrində təqribən 100 nəfər həlak olmuş azərbaycanlı olduğu deyilir. Onların da müəyyən bir qisminin Azərbaycan Respublikasının vətəndaşı olduğu bildirilir. Təbii ki, böyük bir hissəsi məhz Ukrayna Respublikasının vətəndaşlarıdır. Biz eyni vəziyyəti Rusiyanın Silahlı Qüvvələrində də görürük. Orada bir neçə yüz etnik azərbaycanlının döyüşlərdə həlak olduğu bildirilir. Amma həlak olanların böyük əksəriyyətinin də Rusiya vətəndaşı olması barədə də informasiya yayılır. Xüsusilə də, sosial medianın rusdilli seqmentlərində biz bu məlumata rast gəlirik”.
Azər Allahverənov
Azər Allahverənov qeyd edib ki, əgər söhbət bilavasitə Azərbaycan Respublikasının vətəndaşından gedirsə, onların başqa bir ölkənin silahlı qüvvələri tərkibində döyüş əməliyyatlarında və ya hərbi münaqişələrdə iştirakı öz təsdiqini tapırsa, bunlar cinayət məsuliyyəti yaradan hallardır. Yəni konkret olaraq Cinayət Məcəlləsində yer almış bir müddəadır.
Deputat vurğulayıb ki, hər iki ölkənin silahlı qüvvələrində Azırbaycan vətəndaşlarının döyüşdüyü istisna deyil.
“Mövzu mediada geniş işıqlandırılmalı və bunun həqiqətən cinayət məsuliyyəti yaradan bir hal olduğu göstərilməlidir. Bu məsələnin birinci tərəfi. İkinci tərəfi bilavasitə onunla bağlıdır ki, istənilən halda biz həm də müxtəlif kanallar, xüsusilə də diplomatik qurumlar vasitəsilə bu haqda məlumat təminatına nail olmalıyıq. Bəlli məsələdir ki, əgər hansısa şəxs qarşısına belə bir məqsəd qoyubsa, o məsələ açıqlanmayana qədər çox rahat şəkildə öz fəaliyyətini davam etdirə bilir. Postfakt bu barədə məlumatlı olur. Amma bəlli məsələdir ki, onlar bu prosesə hansısa kanallarla cəlb edilirlər. Bununla bağlı konkret bir alqoritmin olduğu barədə eşitməmişəm. Amma bunun cinayət məsuliyyəti yaradan bir hal olması məsələsi müəyyən şəbəkələr üzərindən çatdırılmalıdır.
Mexaniki olaraq bu proses necə baş verir: konkret şəxs gedir, həmin ölkənin ərazisinə daxil olur və həmin ölkənin silahlı qüvvələrinə müraciət edir, sonra artıq ona ola bilsin təlim keçirsinlər. Təbii ki, onun bacarıqlarının və biliklərinin hansı səviyyədə olması yoxlanılır. Bəzi hallarda arxa cəbhədə, bəzi hallarda da elə ön cəbhədə də həmin şəxs istifadə edilir. İstənilən halda bu barədə informasiya məxfi saxlanılır. Həmin dövlətin silahlı qüvvələrinin bazasında yerləşdirilən həmin məlumat məxfi olur. Bu şəxsin kimlərəsə, yəni bizim diplomatik qurumlar və ya digər strukturlarla təması olmadığı üçün bu barədə informasiya gizlin qalır. Yalnız sonra ölüm hadisəsi olduqda və ya hansısa başqa bir hadisə baş verdikdə və ya əsir düşdükdə, bu məsələ artıq ictimailəşir”-deyən deputat bildirib ki, real olaraq addım atmaq imkanları bu informasiya müstəvisində mümkün ola bilər, bu da bu problemin müəyyən mənada qarşısını almaq presednti yarada bilərsə, bunun özü də təbii ki, böyük bir hadisədir.
“Əgər həmin şəxsin günahı təsdiqini taparsa, sonrakı mərhələdə hüquq-mühafizə orqanları tərəfindən aidiyyəti üzrə araşdırmalar və istintaq tədbirləri baş verərsə, həmin şəxs məsuliyyətə cəlb olunacaq bir şəxs kimi dəyərləndirilə bilər”-deyə Azər Allahverənov qeyd edib.
İradə Cəlil, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 25 Dekabr 2025 22:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















