Icma.az
close
up
RU
Alimlər min illərlə yaşayan heyvanların adlarını açıqladı

Alimlər min illərlə yaşayan heyvanların adlarını açıqladı

Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Alimlər planetin ən uzunömürlü canlılarını müəyyənləşdirib və onların uzun yaşamasının sirrini izah ediblər.

Lent.az xəbər verir ki, insanlar arasında qeydə alınmış ən yüksək ömür göstəricisi 122 il olsa da, bəzi heyvanlar yüzlərlə, hətta minlərlə il yaşaya bilir. Bəzi canlılar isə potensial olaraq ölümsüz hesab olunur. Uzunömürlü canlıların əksəriyyəti okeanın dərinliklərində məskunlaşıb. Buradakı xüsusi şərait onların qocalma prosesini xeyli ləngidir. Tədqiqatçıların sözlərinə görə, ömür uzunluğuna görə rekordçu canlıların böyük hissəsi soyuq və dərin okean sularında yaşayır. Aşağı temperatur, yavaş maddələr mübadiləsi, zəif işıq və yırtıcıların azlığı onların daha gec qocalmasına şərait yaradır. Məhz buna görə də siyahıda dəniz və okean dərinliklərində yaşayan canlılar üstünlük təşkil edir.

Ən uzunömürlü heyvanlar hansılardır?

Ən uzun yaşayan canlılar arasında bunlar yer alıb:

Seyşel nəhəng tısbağası - 190 ildən çox;

qırmızı dəniz kirpisi - təxminən 200 il;

Qrenlandiya balinası - 200 ildən çox;

“Rougheye Rockfish” növündən olan dəniz xanısı - 200 ildən çox;

Qrenlandiya köpəkbalığı - 400-500 il;

okean kvohoqu adlanan molyusk - 500 ildən çox;

qara mərcan - 4 min ilədək;

şüşə süngər - 15 min ilədək.

Alimlərin xüsusi diqqətini tez-tez “ölümsüz meduza” adlandırılan “Turritopsis dohrnii” növü çəkib. Bu meduza stresslə üzləşdikdə, yaralandıqda və ya qocaldıqda onun orqanizmi inkişafın ilkin mərhələsinə polip vəziyyətinə qayıda bilir. Əlverişli şəraitdə bu proses qeyri-məhdud sayda təkrarlana bilər. Bioloji baxımdan ölümsüz hesab edilən digər canlı isə hidradır. Bu kiçik şirin su canlısının hüceyrələri daim yeniləndiyi üçün orqanizm demək olar ki, qocalmır.

Ən qeyri-adi uzunömürlü canlılardan biri də Qrenlandiya köpəkbalığıdır.

Alimlərin hesablamalarına görə, bu köpəkbalığı təxminən 500 il yaşaya bilir. Dişilər isə yalnız 150 yaşında cinsi yetkinliyə çatır. Bundan əlavə, bu növün hamiləlik müddətinin 8 ildən 18 ilədək davam etdiyi bildirilir. Bu, onurğalı heyvanlar arasında ən uzun hamiləlik müddətlərindən biri hesab olunur. Tədqiqatçılar ümid edirlər ki, planetin bu unikal canlıları haqqında əldə olunan məlumatlar gələcəkdə xəstəliklərin müalicəsi və insanların aktiv ömrünün uzadılması üçün yeni üsulların hazırlanmasına kömək edəcək. Xatırladaq ki, tropik bölgələrdə narıncı dodaqları olan və qurbağa kimi səs çıxaran yeni heyvan növü də aşkarlanıb. Təxminən 20 il davam edən araşdırma yerli sakinlərin “Likvelli” adlandırdığı bu canlının unikal növ olduğunu təsdiqləyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://lent.az
archiveBu xəbər 08 Avqust 2026 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see474

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see345

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see316

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see286

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see258

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see256

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see252

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see246

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see236

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see225

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see212

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see210

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see210

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see209

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see205

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see203

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see203

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see200

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see193

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri