Alimlərdən maraqlı kəşf: Propolis piylənmənin təsirlərini yüngülləşdirir
Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.
Propolis piylənmənin yaratdığı metabolik pozğunluqların simptomlarını yüngülləşdirə bilər.
Oxu.Az xəbər verir ki, bu barədə "Nutrients" jurnalında məqalə dərc olunub.
Alimlər propolisin tərkibindəki bioloji aktiv birləşmələrin antioksidant və iltihabəleyhinə xüsusiyyətlərə malik olduğunu və maddələr mübadiləsinə təsir göstərə biləcəyini müəyyən ediblər.
Həkim-diyetoloq Darya Rusakova "RT"yə müsahibəsində propolisin və digər arıçılıq məhsullarının insan orqanizminə təsiri barədə danışıb. O bildirib ki, propolis həqiqətən də insan orqanizminə antibakterial, göbələkəleyhinə və iltihabəleyhinə təsir göstərən geniş çeşiddə bioloji aktiv maddələr ehtiva edir.
"Propolis yüksək antioksidant tərkibi sayəsində patogenlərlə mübarizə aparır, vaxtından əvvəl qocalma və iltihabla mübarizəyə kömək edir, hüceyrələrə zərər verən sərbəst radikalları neytrallaşdırır və bununla da müxtəlif xəstəliklərin riskini azaldır", - deyə Rusakova əlavə edib.
Baxış sayı:222
Bu xəbər 07 Mart 2026 04:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















