Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Alimlərdən qorxudan XƏBƏRDARLIQ: Dəhşətli istilər qapıda

Alimlərdən qorxudan XƏBƏRDARLIQ: Dəhşətli istilər qapıda

Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.

2026-cı ilin may ayı qlobal miqyasda müşahidə tarixinin ikinci ən isti mayı kimi qeydə alınıb. Alimlər xəbərdarlıq edirlər ki, Avropada yaşanan rekord istilər və okean sularının yüksək temperaturu yaxın illərdə daha ekstremal hava hadisələrinin baş verəcəyindən xəbər verir.

Avtosfer.az “Yeni Sabah”a istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının İqlim Dəyişiklikləri Xidməti -Copernicus (C3S) məlumat yayıb. Hesabata əsasən, may ayında Yer səthində orta temperatur 15,81 dərəcə selsi təşkil edib ki, bu da müşahidələr tarixində ikinci ən yüksək göstəricidir. Rekord yalnız 2024-cü ilin may ayında qeydə alınıb.

Mütəxəssislərin sözlərinə görə, ayın ikinci yarısında Qərbi Avropada müşahidə olunan erkən və güclü istilik dalğası bir sıra ölkələrdə temperatur rekordlarının yenilənməsinə səbəb olub. Xüsusilə Böyük Britaniya, Fransa, İrlandiya və Portuqaliyada may ayı üçün görünməmiş istilər qeydə alınıb.

Məlumata görə, mayın son ongünlüyündə yaranan yüksək təzyiq sistemi - "istilik qübbəsi" Şimali Afrikadan gələn isti hava axınlarını Avropa üzərində saxlayaraq temperaturun kəskin yüksəlməsinə gətirib çıxarıb. Bəzi ərazilərdə hiss olunan temperatur 35-40 dərəcəyə qədər yüksəlib.

Alimlər bildirirlər ki, narahatlıq doğuran məqamlardan biri də temperatur dəyişikliklərinin çox sürətli baş verməsidir. Ayın əvvəlində normadan sərin hava şəraiti hökm sürsə də, qısa müddət ərzində rekord istilər müşahidə olunub. Bu isə insanların sağlamlığına, kənd təsərrüfatına və təbii ekosistemlərə əlavə təzyiq yaradır.

Hesabatda qeyd olunur ki, dünya okeanlarının səth temperaturu da may ayında tarixdə ikinci ən yüksək səviyyəyə çatıb. Tropik Sakit okeanda suyun temperaturunun yüksək qalması isə yeni El-Niño hadisəsinin formalaşması ehtimalını artırır. İqlim mütəxəssisləri hesab edirlər ki, El-Nino qlobal istiləşmənin təsirlərini daha da gücləndirə və yaxın illərdə yeni temperatur rekordlarına səbəb ola bilər.

Ekspertlər vurğulayırlar ki, Avropada may ayında belə güclü istilik dalğalarının baş verməsi artıq nadir hadisə deyil. Onların fikrincə, iqlim dəyişiklikləri nəticəsində ekstremal hava hadisələri getdikcə daha tez-tez müşahidə olunur və əvvəllər istisna sayılan hallar tədricən "yeni norma"ya çevrilir.

Bununla yanaşı, iqlimşünaslar xəbərdarlıq edirlər ki, qarşıdakı illərdə istilik dalğaları, quraqlıqlar, güclü yağışlar və daşqınlar kimi ekstremal hava hadisələrinin daha intensiv və daha uzunmüddətli olması ehtimalı artır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 10 İyun 2026 18:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see585

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see495

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see448

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see319

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see305

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see298

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see290

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see277

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see261

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see253

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see243

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see229

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see226

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see204

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see199

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see199

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see197

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see183

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see182

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri