Icma.az
close
up
RU
Alimlik dərəcəsi olan əməkdar artist...

Alimlik dərəcəsi olan əməkdar artist...

Xalqcebhesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Onun həyat yolu elə də hamar olmayıb. Ömür-gün yoldaşı Zahid şəhid olanda hətta intihar etmək də istəyib. Amma anlayıb ki, bir ana kimi yaşamağa borcludur-beşikdə qırx günlük övladı var. Oğlu Rüfəti özünün təlismanı hesab edir. Düşünür ki, həyatda onu çox şeylərdən məhz, o qoruyub. Ən çətin anlarında, ən kədərli günlərində yeganə oğlunu güvənc yeri bilib, ona sığınıb, onunla təsəlli tapıb...

Deyir ki, “güclü qadınlar ilham yerimdir. Belə qadınlara həsəd aparır, qibtə edirəm. Onlardan-İngiltərənin və Türkiyənin keçmiş baş nazirləri Marqaret Tetçer və Tansu Çilləri, habelə Almaniyanın sabiq kansleri Angela Merkeli və Amerikanın dövlət katibi olmuş Hillari Klintonu göstərə bilərəm. Onlar zərif çiyinlərində böyük dövlətlərin yükünü çəkiblər, ölkəni idarə ediblər. Mən belə xanımlara xüsusi rəğbət bəsləyirəm. Ruhu şad olsun, ağlım kəsəndən Rübabə Muradovaya pərəstiş edirdim, sənətinin heyranıydım. Nəzakət Məmmədovanı çox sevirdim. Həm sənətçi, həm də ictimai-siyasi xadim kimi Zeynəb Xanlarovanın xətrini dünyalar qədər çox istəyirəm. Mən bu gün də onlardan öyrənirəm...”.

Bəli, sizə opera müğənnisi, əməkdar artist Gülüstan Əliyeva haqqında danışıram. O, 8 aprel 1967-ci ildə Yevlaxda dünyaya gəlib. Kiçik yaşlarından musiqi ilə məşğul olduğundan, atası onu Yevlax Pionerlər evindəki dərnəyə yazdırıb. Sonra o, musiqi təhsilini musiqi məktəbində davam etdirib. On beş yaşında olarkən Gənc İstedadların Respublika Müsabiqəsinin qalibi olub və Bakı Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə qəbul edilib. Burada Xalq artisti İslam Rzayevin sinfində muğamın sirlərini öyrənib. 1985-ci ildə məktəbi fərqlənmə ilə bitirərək elə həmin il Üzeyir Hacıbəyli adına Dövlət Konservatoriyasının muğam sinfinin tələbəsi olub və 1990-cı ildə həmən sinifi bitirib. Müəllimi Xalq artisti, professor Arif Babayev olub...

Qəlbi çox təmizdir. Açıq danışmağı xoşlayan xanımdır. Dostluqda sədaqətli, yoldşlıqda mehribandır. Dostluq onun üçün o qədər dəyərlidir ki, dostu üçün canını qurban verməyə hazırdır...

“Dostluq etməyi sevən və bacaran bir insanam. Əlbəttə, elə olub ki, dəfələrlə yanılmışam, illərlə dost bildiklərimdən zərbələr almışam. Sən demə, düşündüyüm kimi insanlar deyilmişlər. Mənim adımdan, maddi vəziyyətimdən, şan-şöhrətimdən istifadə etmək üçün özlərini dost kimi göstəriblər. İndi bir-iki dostum qalıb, onlar da sənət həmkarlarım deyil. Bilirsiniz, insan yaşa dolduqca və kamilləşdikcə düşünür ki, adamın əsl dostu Allahdır və özünlə də dost olmağa çalışmalısan. Tək-tənha oturub düşünməyi, hansısa restorana gedib tək yemək yeməyi, tək başına kofe içməyi, tək başına hanısa ölkədən ölkəyə səyahət etməyi, özünü sevməyi bacarmalısan. Düşünürəm ki, o zaman sənə kimsə lazım olmayacaq. “Dostsuz insan qanadsız quşdur”, “təklik zülümdür”- bütün bunların hamısı cəfəngiyyat imiş”,- söyləyir.

Həyat yoldaşı, Əhmədov Zahid Fərrux oğlu 1991-ci ildə Cəbrayıl rayonunun Zanzur kəndində şəhid olub.

Deyir ki, “tələbəydim və Zahidlə münasibətlərimizi artıq rəsmiləşdirmək ərəfəsində idik. Yevlaxa getmişdim. Bir gün yaşı ötmüş bir qohum qız dedi ki, gəl mənimlə molla yanına gedək, kitab açdırmaq istəyirəm. Mən çox cavan idim və belə şeylərə qətiyyən inanmırdım. Nə isə getdik. O, qız üçün kitab açdı, baxdı və s. Sonra mənə qayıtdı ki, ay yolu uzaq, bəxti yarımçıq qız, gəl sənə də kitab açım. Dedi ki, belə bir oğlana ərə getmək istəyirsən, amma fikrindən daşın, ona getmə. O vaxt Zahidin ürəyində müəyyən problemlər vardı. Ağlıma gəldi ki, yəqin ona görə belə deyir. Qapıdan çıxanda bərk-bərk tapşırdı ki, növbəti dəfə mütləq ananla gəl. Xala xətrin qalmasın, növbəti dəfə anamı da götürüb getdim yanına. Evə qayıdanda qiyamət başladı. Anam daş atıb başını tutur, özünü yeyib tökürdü ki, bala, getmə o oğlana. Amma mən heç kimə və heç nəyə baxmadım, dediyimin üstündə qaldım. Bizə dörd gün toy çalındı. Sonra? Sonrası da belə...”.

Əmək fəaliyyətinə 1992-ci ildə Beylaqan royonu Günəşli qəsəbə məktəbində musiqi müəllimi kimi başlayıb. 1993-cü ildə Cəbrayıl rayonu işğal olunduqdan sonra məcburi köçkün kimi Bakiya qəlib. Əvvəlcə Sabunçu rayonunun 170 saylı orta məktəbində müəllimlik edib. Eyni zamanda Muğam Teatrında işləyib. 1995-ci ildən isə opera müğənnisi kimi Opera və Balet Teatrında işə başlayıb və bu günə qədər Opera və Balet Teatrında yüksək dərəcəli solist kimi çalışır. 2003-cü ildən Azərbaycan Milli Konservatoriyanın muğam kafedrasının müəllimi, 2015-ci ildən baş müəllimi, 2017-ci ildən isə kafedranın dosentidir. 2022-ci ildə sənətşünaslıq üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə yiyələnib...

“İyirmi beş ilə yaxındır ki, Milli Konservatoriyanın müəllimiyəm. Artıq səkkiz ildən çoxdur ki, orda dosentəm. Bilirsiniz, insanlar peşə seçəndə yerlərində olmalıdırlar. Yerində olanları da var, olmayanları da var. Ola bilər ki, birinin çox böyük səsi yoxdur, məşhur müğənni olmayacaq, amma o qədər gözəl bir insandır ki. Belələrini biz böyük səs tembrləri olmadığı üçün heç vaxt kənara qoymuruq. Biz ali təhsil müəssisələrində cəmiyyət üçün dəyərli insanlar yetişdiririk. O gənclərin elə müsbət xüsusiyyətləri gözümüz önünə sərilir ki, düşünürsən, heç də vacib deyil, o məşhur müğənni olsun. Qoy gözəl bir müəllim olsun, gözəl bir ailə başçısı, ailədə gözəl bir tərbiyəçi, ana, ata, yaxud gözəl bir mədəniyyət işçisi olsun. Bilirsiniz, bütün belələri cəmiyyətin xeyrinədir, cəmiyyətə lazım olan insanlardır. Bax bu cür yanaşmaq lazımdır gənclərə. Onlarla dost olmaq lazımdır. Mən belə düşünürəm. Əgər tələbə müəllimi sevirsə o, dərsdə özünü təsdiqləmək üçün edə bilməyəcəyi şeyləri də edəcək. Mənim belə tələbələrim az deyil. Mən onları çox sevirəm. Olduqları kimi qəbul edirəm və bildiklərimi onlarla paylaşıram. Dərsdən əlavə, mən onlara həyat dərsi keçirəm, söhbətlər edirəm. Qəzəllərlə, musiqi ilə, tam başqa bir sahə haqqında ayrca danışıram. Bütün bunlar gənclərin formalaşmasında çox müsbət təsirlərə malikdir, çox böyük dəyərli işlərdir. Həmişə bunları etməyə çalışıram”,- söyləyir.

Yuxarıda qeyd etdiyim kimi, Gülüstan xanım həm də 1995-ci ildən Akademik Opera və Balet teatrının solistidir. İlk dəfə "Leyli və Məcnun" operasında Məcnunun anası rolunu oynayıb. Sonra da "Leyli və Məcnun"da Leyli, "Aşıq Qərib"də Şahsənəm, "Şah İsmayıl"da Ərəbzəngi, "Gəlin qayası"nda Sənəm, "Arşın mal alan"da Cahan, "O olmasın, bu olsun"da Sənəm, "Natəvan"da xanəndə qız obrazlarını yaradıb...

Aprelin 8-i opera müğənnisi, əməkdar artist, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülüstan Əliyevanın növbəti ad günüdür. Onu bu münasibətlə təbrik edir, fəaliyyətində uğurlar arzulayıram...

Elman Eldaroğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 08 Aprel 2026 23:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see317

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see311

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see309

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see294

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see293

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see285

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see275

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see275

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see273

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see259

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see243

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see233

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see232

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see229

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see228

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see226

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see218

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see195

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri