Allahım, qızımı sənə əmanət edirəm, onu qoru
Icma.az, Axsham.az portalına istinadən məlumatı açıqlayır.
Əməkdar artist Aybəniz Haşımova bloger qızı Aynişan Quliyeva ilə bağlı paylaşım edib.
Axşam.az xəbər verir ki, ifaçı qızı ilə yayımladığı fotoya bunları yazıb:
"Şükür olsun sənə, Rəbbim. Hər zaman məni eşidirsən, heç kimin yanında utandırmırsan. Qarşıma çıxan insanlara az da olsa kömək edə bilməyim üçün mənə imkan yaradırsan. Mənə zaman, möhlət verirsən, yol göstərirsən, hər zaman yoluma işıq salırsan.
Mən də istəyirəm ki, sənin mənə verdiyin o işığı qarşıma çıxan insanların yollarına salım. Bu ömür yolunda yanımda olan, yolumdan keçən heç bir insan qaranlıqda qalmasın. Əlimdən gələn qədər birinə ümid, birinə dayaq, birinə işıq olum. Çox şükür sənə, Rəbbim. Səndən çox razıyam.
Hamının balasına əl uzadan bu əllərimi bu gün sənə açıram, Rəbbim. Mənə bu dünyada bir övlad əmanət etmisən, mənim Aynişanım, balam, canım, ən böyük əmanətim. Rəbbim, mənim qızıma həmişə sən kömək ol. Onu heç vaxt əllərindən, mərhəmətindən, pənahından məhrum etmə. Hər addımında onu qoru, qarşısına xeyirli insanlar çıxar, yolunu işıqlı et.
Mən bu dünyada oldum-olmadım, sən mənim övladımdan müğayət ol, Rəbbim. Onu sənə əmanət edirəm, Allahım. Mənə verdiyin hər nəfəsə, hər günə, möhlətə, yaxşılığa və ən əsası, balama görə sənə sonsuz şükürlər olsun".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 28 Avqust 2026 09:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















