Icma.az
close
up
RU
Hər şey sənə əmanət...

Hər şey sənə əmanət...

Yeniavaz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Görkəmli mütəfəkkir Nəcib Fazil Qısakürək bir şeirində nəyinisə itirib çox narahat olan birisinə müraciətlə belə deyir:
“Verən də O, alan da O, nədir səndən gedəcək?
Təlaşını görən də can sənin zənn edəcək”...
Bu iki misra o qədər böyük həqiqətdən söhbət açır ki, o həqiqəti məlhəm kimi hər yaranın üzərinə sürmək olar. Nə deyir şair? - Deyir ki, sən insan kimi boynuna düşən vəzifəni doğru yerinə yetir, Allahına layiqli bəndə olmağa çalış. Sənin bütün vəzifən budur, yerdə qalan hər şey Onun əmrində, Onun iradəsindədir. Malın-mülkün də, bütün kainatın da, ən yaxın, ən doğma bildiklərinin də sahibi Odur. Özün də bu qədər təlaşa düşmə, ora-bura çırpınma, guya sən nəyin sahibisən ki?! “Mənim” dediyin can belə sənin deyil, o da səndə Allahın əmanətidir və vaxtı gələndə geri alacaq.
Hər şeyin sahibi Allahdır, insan dediyin bu varlıq əmanət daşıyır. Əmanət sahib olmaq deyil, müvəqqəti yararlanmaq, faydalanmaqdır. Allahın (c.c.) Gözəl Adlarından biri də Malikül-Mülk, yəni Mülkün Sahibidir. Mülk deyəndə hər şey nəzərdə tutulur, gördüyün, görmədiyin, Allahın (c.c.) yaratdığı hər şey. Sən, mən, o..., hər birimiz Allahın mülküyük, sahibimiz Allahdır. Bu əl, bu qol, bu göz, bu qulaq, bu ayaq, bu dil, sahib olduğumuz hər şey Allahın mülküdür və bizə əmanət olaraq verilir.
O əmanətlər həm də bizim imtahan vasitələrimizdir. Hər əmanətin öz təyinatı var və hər əmanət öz təyinatına uyğun iş görəndə əmanətçi əmanətə haqqı ilə riayət etmiş olur. Məsələn, mədəmiz əmanətdir və bizə buyurulur ki, ona haram yedirməyək. Gözümüz əmanətdir, harama baxmayaq; qulağımız əmanətdir, başqalarını dinşəməyək; əlimiz əmanətdir, harama uzatmayaq; dilimiz əmanətdir, qiybətə bulaşdırmayaq; ağlımız əmanətdir, fitnə-fəsad düşünməyək; hər bir məqam, hər bir vəzifə əmanətdir, qohumumuz, dostumuz deyib layiq olmayanı iş başına gətirməyək. Sənin əmrin altında işləyən işçilərin əmanətdir; evdəki qoca valideynlərin əmanətdir; qayğıya möhtac körpələrin əmanətdir…
Qurani-Kərimdə əmanət haqqında belə buyurulmaqdadır: “Biz əmanəti göylərə, yerə və dağlara təklif etdik. Onlar onu daşımaqdan qorxub imtina etdilər. Lakin insan onu boynuna götürdü. Doğrudan da o, zalım və cahildir. Bu əmanət insana ona görə verildi ki, Allah münafiq kişiləri və münafiq qadınları, müşrik kişiləri və müşrik qadınları cəzalandırsın, mömin kişilərin və mömin qadınların tövbələrini qəbul etsin. Allah Bağışlayandır, Rəhmlidir”. (Əhzab, 33/72-73)
Bu kainata - göylərinə, yerinə və dağlarına ağır bir yük, böyük bir məsuliyyət və təhlükəli bir iş təklif edildi, lakin onu daşımaqdan çəkindilər. Allahın (c.c.) əzabından qorxaraq onu yerinə yetirməkdən imtina etdilər. Bu əmanət insana təklif edildi və insan onu boynuna götürdü və məsuliyyətini öz üzərinə aldı.
İbn Abbas (r.a.) belə deyir: “Əmanət fərzlərdir. Allah onları göylərə, yerə və dağlara təklif etdi. Yerinə yetirsələr, onları mükafatlandıracaq. Yerinə yetirməsələr (vədlərinə xilaf çıxsalar), onlara əzab verəcək. Onlar bundan imtina etdilər. Allaha üsyan etmədən, əksinə Allahın (c.c.) dinini yüksək tutaraq, bu əmanətin məsuliyyətindən qorxdular”.
Bu məqamda bir mühüm məsələyə toxunmadan keçmək olmaz. Məsələ ondadır ki, insan yer üzündə Allahın (c.c.) xəlifəsidir, yaradılmışların əşrəfidir, ağıl və iradə sahibidir. Bu məziyyətlər başqa yaradılmışlarda yoxdur. İradə - seçim imkanıdır, ağılla, düşünərək, yaxşını pisdən, xeyiri şərdən ayıraraq seçim etmək.
Allah (c.c.) Qurani-Kərimdə insana nəyi əmr etmişsə, onlar hamısı insana əmanətdir. Namaz da əmanətdir, oruc da əmanətdir, zəkat da əmanətdir, yetimə əl tutmaq da əmanətdir, insanlara faydalı olmaq da əmanətdir...
Əmanət şəri mükəlləfiyyətdir. Allahın haqları, insanların, heyvanların, təbiətin, insanın əli yetən canlı-cansız hər şeyin haqlarıdır. Kim onları yerinə yetirsə, o savab qazanar. Kim də yerinə yetirməsə, vədinə xilaf çıxsa, cəzalandırılar. Qısaca deyək ki, Allahın bütün buyruqları bizə Allahın əmanətidir və biz o buyurulanları yerinə yetirməklə mükəlləfik.
Allah (c.c.) buyurur: “O mömin kəslər ki, əmanətlərini və vədlərini qoruyurlar. O kəslər ki, namazlarını öz vaxtlarında qılırlar. Məhz onlardır - varis olanlar. Firdovs cənnətinə varis olanlar orada əbədi qalacaqlar”. (Muminun, 23/8-11)
Allah (c.c.) buyurur: “Həqiqətən, Allah sizə əmanətləri sahiblərinə qaytarmanızı və insanlar arasında hökm verərkən ədalətlə hökm vermənizi əmr edir. Allahın sizə verdiyi bu öyüd-nəsihət necə də gözəldir! Şübhəsiz ki, Allah Eşidəndir, Görəndir”. (Nisa, 4/58) Bu mübarək ayə bütün əmanətləri öz içinə alır.
Əmanətlərin ən böyüklərindən biri də vəzifələr, məqamlar və bunların haqlarıdır. Kim bu vəzifələrdə Allahın haqlarını yerinə yetirsə, özü üçün doğru olanı tapmış və axirəti üçün xeyir qazanmışdır. Vəzifəsinin və məqamının haqlarında və vəzifələrində qüsurlu davranan, rüşvət alan, ya da müsəlmanların mallarını oğurlayan özünü aldatmışdır. Özünə xəyanət etmiş və zülm etmişdir.
Rəsulullah (s.ə.s.) deyir: “Allah Qiyamət günü əvvəlkiləri və sonrakıları bir yerə toplayar. Hər xəyanət edən üçün bir sancaq qaldırılar və “Bu, filan oğlu filanın xəyanətidir” deyilər”. (Səhih Müslim)
Əmanət anlayışının bir də insani münasibətlərdə təzahürü var. Yəni, insanlar istər-istəməz nəyisə əmanət alır, əmanət verirlər. İkiüzlü, saxtakar, üzdə bir cür görünən, daxildə isə tamam başqa cür olan insanlar, dini terminologiya ilə desək, münafiqlər haqqında Sevimli Peyğəmbərimiz (s.ə.s.) belə buyurur: “Münafiq yalan danışar, vədini yerinə yetirməz, əmanətə xəyanət edər”. Təkcə bizim cəmiyyətimizdə deyil, dünyanın əksər ölkələrində insanlar arasında yaşanan konfliktlərin kökündə bu amil dayanır. Ona görə də, Qurani-Kərimdə bir-birinizə borc verərkən şahidlərin iştirak etməsi və onların iştirakı ilə sənəd imzalanması əmr olunur ki, sabah ortaya bir problem çıxsa, həlli asan olsun. Ola bilsin ki, kimsə “Bizim aramızda belə şeylərə ehtiyac yoxdur” desin və bu kimi işlərə barmaqarası baxsın, amma çox görmüşük ki, qardaş kimi yaxın sayılan neçəsi borc verənin etibarını yerə vurur.
İnsan özünə deyil, Allaha etibar edəndə güclü olur. Siz yenə bildiyiniz kimi dürüst, səmimi, etibarlı olun, amma yenə Allahın əmrinə boyun əyin ki, araya fitnə-fəsad girməsin.
Əmanət məsələsi çox geniş mövzudur və biz bu yazıda ancaq ən mühüm məqamlara toxunduq. Ümid edirik ki, hər biriniz bu yazıdan özünüz üçün faydalı şeylər götürə biləcəksiniz. Elə isə onda siz də Allaha əmanət olun!
Murad Məmmədov
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:167
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 22 Dekabr 2024 19:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see399

İsveçrənin Alp dağlarında milyarderlərin pullarını qorumaq üçün gizli saxlanc yerləri tikilir

21 Avqust 2026 07:56see337

Məmməd Musayevin qardaşı oğlunun şirkəti fəaliyyətini dayandırdı KONKRET

21 Avqust 2026 11:00see330

Qarabağ Niderlandda Tvente ni məğlub etdi

20 Avqust 2026 23:55see302

Süni intellektin yeni dövrü üçün vacib olan beş metal müəyyən edilib

20 Avqust 2026 21:49see264

Salyanda 16 yaşlı qızın toyunun qarşısı alınıb

21 Avqust 2026 04:41see241

ADY də milyardlıq zərər: problem maliyyədədir, yoxsa idarəetmədə?

22 Avqust 2026 04:17see215

Pensiya ilə bağlı mühüm ANONS: yığılan pulu tez almaq üçün… Müzakirələr başladı KONKRET

21 Avqust 2026 08:59see188

Pensiya yaşı ilə bağlı SON DƏQİQƏ İxtisara düşsəniz...

21 Avqust 2026 06:07see181

Çayı belə içmək ÖLDÜRÜR ŞOK XƏBƏRDARLIQ

21 Avqust 2026 07:08see177

Vens ABŞ nin İrana qarşı iqtisadi təzyiq kampaniyasının dəqiq müddətinin olmadığını bildirib

21 Avqust 2026 07:11see176

Qarayara ilə bağlı rəsmi məlumat

21 Avqust 2026 14:12see173

Almaniya uzaqmənzilli silahlara təxminən 12 milyard avro xərcləmək istəyir

22 Avqust 2026 01:47see170

Nebenzya: İran Yaxın Şərqdə eskalasiyaya səbəb olmayıb

21 Avqust 2026 02:46see167

“Dərədə moruq dər, döşdə çiyələk...”

21 Avqust 2026 03:00see163

FTB cinsi təcavüzdə ittiham olunan keçmiş konqresmen Svalvellin evinə basqın edib

20 Avqust 2026 21:53see163

“Çelsi” “Aston Villa”dan 65 milyon istəyir

22 Avqust 2026 01:56see163

“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər“

22 Avqust 2026 12:32see161

Hər gün bir milyon dollarlıq fırıldaq: Azərbaycanlıların da olduğu şəbəkə ifşa edildi

22 Avqust 2026 04:56see158

Sosial şəbəkədə nalayiq ifadələr səsləndirən şəxs həbs edildi

22 Avqust 2026 01:55see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri