Icma.az
close
up
RU
Allahın elçisi , yoxsa məscid qatili? Peyğəmbər peşəsi ndə qiymət 20 min dollardır

Allahın elçisi , yoxsa məscid qatili? Peyğəmbər peşəsi ndə qiymət 20 min dollardır

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Günlərdir hamı bir insandan danışır: Bir çobandan!

Hər halda o, özü-özünü belə adlandırır…

Bizim bu çobanın bir sıra spesifik cəhəti var. Məsələn, qoyun güdmür, əvəzində 10, 15, 20 min dollar maaş verib, alimləri işlədir.

Bəlkə də güdür!

Bizim bu çoban güddüyü alimlərə 10-20 min dollar verə bilir. Deməli, “milyonçu” çobandır!

Bura qədəri belə, söhbətin rahatlıqla “Şərur” MTK-nın sədri, “Şərurlu İsfəndiyar” kimi tanınan İsfəndiyar Axundovdan getdiyini bilmək üçün kifayətdir. “Otaq 9” layihəsində dediyi sözlər ilə gündəmə gələn “Şərurlu İsfəndiyar” ağzının tüpürcəyi qurumadan yeni sensasion açıqlama ilə gündəmi bir-birinə qatıb.

Görünür, “çobanımız” məşhur olmaq qərarına gəlib!

Alimlərdən sonra onun budəfəki hədəfi din, dindarlar, məscidlər olub.

Sitat: “Allaha inanıram, lakin qorxmuram. Qorxum vicdanımdandır. Dindən qorxuram. Mənim əlimdə imkanım olsa, bütün məscidləri söküb yerində məktəb tikdirərəm. Dindarlara inanmıram. Mənə ən böyük zərbələri onlar vurub. İş verirəm, məni aldadırlar. Bütün müqavilələri Allahın adı ilə başlayırlar, sonra da aldadırlar. Dindarların sayının artması ən böyük təhlükədir. Ondan dövlətə qarşı istifadə edirlər”.

Necə də “müdrik” sözlərdir!

“Çoban” məscidləri söküb, yerində məktəb tikdirəcəkmiş!

İmkanı olsa…

Yazının əvvəlindən çoban-çoban deyirəm. Bir çoxları bu peşəni dırnaqarası görsə də, əslində çox uca peşədir. Çoban demək, Vətən demək, onun sərhədi demək, həm də onun müdafiəsi deməkdir. “Kitabi-Dədə Qorqud” dastanındakı “Qaraca çoban” obrazı məhz bu mənaları özündə cəmləyirdi.

Çobanlıq həm də müqəddəs peşədir. Bu peşəyə həm də “peyğəmbər peşəsi” deyilir. Hz. Musa, Hz. Davud, Hz. İsa, hətta İslam peyğəmbəri Məhəmməd Mustafa belə çobanlıq edib.

Göründüyü kimi, çoban var, “çoban” var. Çoban var Allahın elçisi olur, çoban da var…

Qayıdaq bizim “çobana”.

Nə demişdi?

Hə, əlində imkanı olsa, bütün məscidləri söküb yerində məktəb tikdirərmiş. Hamının verdiyi o sualı mən də verim: Görəsən, İsfəndiyar bəy bu günə qədər neçə məktəb tikdirib?

Görəsən, ölkədə məktəb tikmək üçün yermi yoxdur ki, o, bu “saleh əməlini” məscid sökməklə icra etmək istəyir?

Ola bilər, İsfəndiyar Axundov tarix oxumayıb, dünya görüşü azdır. Nəzərinə çatdırım ki, bu ölkənin tarixində məktəb tikən kişilər olub. Məsələn, elə biri məşhur milyonçu Hacı Zeynalabdin Tağıyevdir. Söhbət onun 1898-1901-ci illərdə min bir əziyyət ilə tikdirdiyi müsəlman qızlar məktəbindən gedir. Həmin illərdə deyil qızlar məktəbi tikmək, qızları oxutmurdular belə. Yəni hacının bu niyyəti öz dövrü üçün çox cəsarətli addım idi. Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, 1918-1920-ci illərdə bu binada Azərbaycan Demokratik Cümhuriyyətinin Parlamenti yerləşib.

Görəsən, İsfəndiyar bəy düşünürmü ki, vaxt-vədə yetişib bu dünyadan köçəndə onun nəşini də bir məscidə aparıb, yuyub, kəfənləyəcəklər?
Görəsən, o, fərqindədirmi ki, qəbrində hansısa molla “Yasin”, “Fatihə” oxuyacaq?

Pafos xətrinə çox şey danışmaq olar. Reallıq isə gec-tez dönür yaş əski kimi insanın üzünə dəyir!

Turan Rzayev
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 05 Aprel 2025 17:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri