Allahşükür Paşazadə Gürcüstanın yeni patriarxını təbrik edib
Icma.az, Apa.az saytına istinadən bildirir.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Gürcüstanın yeni seçilmiş patriarxını təbrik edib.
Bu barədə APA-ya QMİ-dən məlumat verilib.
Təbrikdə bildirilib ki, Mitropolit Şionun (Elizbar Muciri) Gürcü Pravoslav Kilsəsinin genişləndirilmiş şurası tərəfindən Katolikos-Patriarx seçilməyi bütün gürcü ruhanilərinin və gürcü xalqının mövqeyini əks etdirib.
Təbrikdə mərhum Katolikos-Patriarx II İlyanın varisi olaraq Mitropolit Şionun Gürcüstan və Azərbaycan arasında nümunəvi dini və mənəvi münasibətlərin, eləcə də xalqlar arasında səmərəli əməkdaşlığın qorunması və daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyinə əminlik ifadə olunub.
“Dövlətlərimiz öz müstəqilliklərini bərpa etdikdən sonra Azərbaycanı ziyarət edən ilk xristian dini lider məhz Bütün Gürcüstanın Katolikos Patriarxı II İlya olmuşdu. Fürsətdən istifadə edərək, Sizi Azərbaycana dəvət etməkdən qürur duyuram”, - təbrikdə deyilir.
Baxış sayı:131
Bu xəbər 12 May 2026 14:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















