Icma.az
close
up
RU
Allergiyadan qorunmaq üçün 6 SUPER QİDA

Allergiyadan qorunmaq üçün 6 SUPER QİDA

Icma.az, Saglamolun portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Çölə çıxarkən tozcuqlardan qaçmaq üçün yer axtaranlar üçün allergen faktorlarını azaldan və orqaznizmə güc verə biləcək qidaların tam siyahısını təqdim edirik. Allergiya üçün hansı qidaların təsirli olduğunu birlikdə öyrənək.

Allergenlərdən özünüzü qorumaq üçün ala biləcəyiniz dərmanlar və ehtiyat tədbirləri olsa da, bəzi qidaları istehlak etmək də faydalıdır.

Brüssel kimi tərkibində C vitamini olan tərəvəzlər - Goodrx-in tibbi redaktoru Katie E. Golden-ə görə, C vitamini bir çox tərəvəzdə olur. Allergiyaların təsirini azaltmaq, həmçinin bədənin təbii iltihab reaksiyalarını tənzimləməyə kömək etmək üçün vacibdir. C vitamini ilə zəngin olan tərəvəzlərə qırmızı bibər, brokoli, gül kələm və Brüssel kələmi kimi xaçlı tərəvəzlər daxildir. Gicitkən yarpaqları – Bu da allergiya ilə mübarizə aparan başqa bir təsirli vasitədir. Ancaq istehlak etməzdən öncə mütləq həkiminizlə məsləhətləşin. Klinik tədqiqatlara görə, gicitkən yarpaqları allergik riniti olan bir çox insana təbii rahatlıq təmin etmək üçün çay, tincture və ya kapsul şəklində istifadə edilə bilər. Gicitkən burun axması və ya həddindən artıq selik istehsalı kimi allergik rinit əlamətləri olan insanlar üçün xüsusilə təsirlidir. Amma gicitkən çiçəklərindən istifadə etmək tövsiyə edilmir. Bu çiçəklərin istehlakı mədə pozğunluğu və ishal kimi müxtəlif yan təsirlərə səbəb ola bilər. Həmçinin, hamilə qadınlar üçün tövsiyə edilmir. Portağal kimi tərkibində C vitamini olan meyvələr - İmmunitet sistemi üçün faydalı olan və allergiya ilə mübarizədə müsbət təsir göstərən portağal və naringi kimi tərkibində C vitamini olan meyvələrin istehlak edilməsi məsləhətdir. Portağaldan başqa qreypfrut kimi digər sitrus meyvələri də allergiyaya qarşı təsirlidir. Təbiətin möcüzəsi olan bal - Müntəzəm bal istehlakı immunitet sistemi üçün əsas ehtiyaclardan biridir. Balın bir çox faydası var, Allergenlərlə mübarizə üçün zəruri olan propolisin balda bol olduğu üçün istehlakı tövsiyə edilir. Quercetinlə zəngin qidalar - Klinik tədqiqatlarda quercetin ehtiva edən qidaların allergik riniti olan insanlar üçün faydalı olduğu sübut edilib. Buna görə də müntəzəm olaraq qırmızı soğan, qulançar və kapari kimi quercetin baxımından zəngin qidalara üstünlük vermək lazımdır. Buruq kələm də siyahıdadır - Kələm super qida hesab edildiyi üçün onları qida rasionunuza daxil etməkdə fayda var. Buruq kələm allergiyaya qarşı təsirli hesab edilir.

Amma nəzərə almaq lazımdır ki, tək bir qida ilə allergiyanı müalicə etmək mümkün deyil. Tövsiyə olunan bu qidalar sadəcə allergiyanın təsirini azalda bilər.

medicalmedia.az 

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:135
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Oktyabr 2026 02:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see756

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see583

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see333

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see324

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see294

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see292

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see286

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see275

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see274

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see272

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see271

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see257

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see242

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see240

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see232

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see216

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see214

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see203

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see195

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri