Icma.az
close
up
RU
Alman dəqiqliyi, səmimiyyət və sakit həyat FOTOREPORTAJ

Alman dəqiqliyi, səmimiyyət və sakit həyat FOTOREPORTAJ

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Münxen, 20 fevral, foto Orxan Kərimov, AZƏRTAC

Almaniyanın cənubunda yerləşən Münxen ilk baxışdan sakit və nizamlı təsiri bağışlayan biznes, texnologiya, sənaye və mədəniyyət mərkəzidir. Sakit təsir bağışlasa da, onun sinəsində əsrlərin yaddaşı, zəngin mədəniyyət və daim hərəkətdə olan bir həyat çağlayır. İzar çayı sahillərində, Alp dağlarının şimal yamaclarında qərar tutan şəhər Berlin və Hamburqdan sonra ölkənin üçüncü ən böyük yaşayış məskənidir. “Münxen” sözünün mənası qədim alman dilində "rahiblərin yaşadığı yer" deməkdir. Şəhərin əsası rahiblər tərəfindən qoyulub və onun gerbində rahib şəklinin təsvir olunması da buradan qaynaqlanır. Burada tarixlə müasirlik qol-boyun olub.

Hazırda dünyada ən yüksək həyat səviyyəsinə malik olan şəhərlərdən hesab olunan Münxendə ətraf mühit nisbətən daha təmizdir, yaşayış üçün təhlükəsiz və sakitliyi ilə diqqəti cəlb edir. Bavariyanın ürəyi sayılan Marienplatz meydanında dayananda orta əsrlərlə yanaşı, müasirliyin də nəfəsi duyulur. Parlaq şüşəli binalar və tarixi memarlıq nümunələri sanki bir harmoniya yaradır. Şəhər sarayının saat qülləsi hər gün eyni mənzərəni canlandırsa da, hər dəfə fərqli görünür. Qotik üslubda ucalan Frauenkirchenin iki qülləsi isə üzü səmaya dua edən əlləri xatırladır. Sakinlər milli geyimdə – dirndl və lederhosenlə gəzişirlər, amma eyni küçədə dünyanın ən müasir avtomobilləri şütüyür.

Münxen təkcə pivə festivalının keçirildiyi məkan deyil, Bavariya mədəniyyəti, musiqisi və hərarətinin təntənəsidir. Böyük çadırlarda səslənən xalq mahnıları, uzun taxta masalarda yan-yana oturan sakinlər, havada dolaşan təzə bişmiş pretzel qoxusu – bütün bunlar şəhərin sosial ruhunu canlandırır. Bununla yanaşı, yaşıllıqlar içindəki şəhər həm də bir sakitlik adasıdır. Burada velosiped sürür, çəmənlikdə kitab oxuyur, çay kənarında düşüncələrə dalırlar. Münxenin küçələrində alman dəqiqliyi səmimiyyətlə tamamlanır. Kafelərdə sakit söhbətlər, muzeylərdə incəsənətə hörmət, stadionlarda isə futbol coşqusu bir araya gəlir.

AZƏRTAC-ın fotomüxbiri Orxan Kərimovun lentə aldığı kadrlar da göstərir ki, şəhər sadəcə daş və binalardan ibarət deyil, sanki bir ruh halı, keçmişlə bu gün arasında qurulmuş körpüdür. Münxenin bir özəlliyi də hay-küyün, yüksək səslənmənin olmamasıdır, necə deyərlər, sanki heç kim qışqırmır, hamı düşünür, xəyala dalır. Şəhər onu görən hər kəsin yaddaşında sakit və silinməz iz buraxır…

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Fevral 2026 15:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri