Icma.az
close
up
RU
Su içində həyat... Venesiyadan FOTOREPORTAJ

Su içində həyat... Venesiyadan FOTOREPORTAJ

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 14 may, AZƏRTAC

İtaliyanın şimalında yerləşən və “kanallar şəhəri” kimi tanınan Venesiya dünyanın ən gözəl və romantik şəhərlərindən sayılır. Şəhər yüzlərlə ada üzərində qurulub və həmin adalar körpülərlə bir-birinə bağlanır. Burada əsas nəqliyyat vasitələri qayıqlar və qondolalardır.

Venesiya qədim zamanların sirlərini hələ də divarlarında yaşadır. Onun küçələrini dolaşanlara mənəvi sakitlik bəxş edən hər cür şərait var. Sevgi axtaranlar da, sakitlikdən zövq alanlar da, uzaq keçmişə səyahət etmək istəyənlər də yolunu bu şəhərdən salır.

Kanallar boyu uzanan köhnə binalar sanki əsrlərin yorğunluğundan xəbər verir. Suyun üzərində yavaş hərəkət edən vaporetto, qondola və qayıqlar şəhərin həyat ritmini müəyyən edir. Qüruba doğru gedən Günəşin şəfəqləri qədim binaların divarlarına yayılaraq şəhərin romantik ab-havasını daha da yüksəldir. Azadlığın, dəniz eşqinin və əyilməz iradənin rəmzi olan qağayılar xoş bir ovqat yaradır. Dar keçidlərin doluluğu şəhərin hər addımda canlı və enerjili atmosferə malik olduğunu göstərir. Körpülərin üzərindən adlayıb keçən sakinlər müxtəlif hekayələrin qəhrəmanlarına bənzəyirlər.

Şəhərdə küçələrin yerini kanallar tutur. Sakinlər və turistlər bir yerdən başqa yerə gondola və ya su avtobusları ilə gedirlər. Axşamlar kanallar boyu qayıqla gəzinti unudulmaz hisslər yaşadır.

Venesiya sevginin su və daş üzərində əbədi həkk olunmuş hekayəsi, qədimliyin və səssiz gözəlliyin bir araya gəldiyi nadir məkanlardan biridir.

AZƏRTAC-ın fotoqrafının unikal tarixi şəhərin əsrarəngiz mənzərələrindən lentə aldığı epizodları təqdim edirik.

Fotoqraf - Nicat Haşımov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:149
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 May 2026 13:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see355

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see347

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see305

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see282

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see271

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see270

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see255

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see231

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see231

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see223

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see213

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see211

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see210

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see210

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see199

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see199

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see194

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see193

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see187

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri