Icma.az
close
up
RU
Qisasını döyüş meydanında alan qəhrəman

Qisasını döyüş meydanında alan qəhrəman

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Daşkəsən, 13 oktyabr, Vüsalə Cənnətova, AZƏRTAC

44 günlük Vətən müharibəsində erməni təcavüzünü qəhrəmancasına dəf edən, düşmənə sarsıdıcı zərbələr endirən, sonda şanlı Qələbə qazanan vətənpərvər oğullarımız, Vətən fədailəri qürur mənbəyimizdir. Elməddin Vəkilov da belə igidlərimizdəndir. Hələ bələkdə ikən ermənilərin azərbaycanlılara qarşı törətdiyi deportasiyanın qurbanı olan Elməddin mənfur, təcavüzkar düşmənə döyüş meydanında divan tutaraq şəhidlik zirvəsinə yüksəlib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Elməddin Vəkilov 1988-ci il avqustun 21-də Qərbi Azərbaycanda anadan olub. Şəhidin anası Nərgiz Vəkilova doğma yurdlarını körpə oğlu və həyat yoldaşı ilə birgə 1988-ci ildə tərk etmək məcburiyyətində qaldıqlarını bildirir. “Qərbi Azərbaycanın Allahverdi rayonunun Ağtala kəndindənik. Şəhid balam orda anadan olub. O, 20 günlük olanda bizi deportasiya etdilər. Daşkəsəndə yerləşdik. Oğlum burada məktəbi bitirdi, hərbi xidmətə yollandı. 2013-cü ildən isə ordu sıralarına müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi qayıtdı. Tovuz döyüşlərində iştirak edib, Polad Həşimov onun komandiri olub. Döyüşlərdən qayıdanda dedi ki, “mənim komandirimi vurublar, onun qisasını mütləq alacağam”, - deyə Nərgiz Vəkilova söyləyir.

Elməddin Vəkilov sözünə sadiq qalır. 44 günlük Vətən müharibəsi başlayanda daha 3 gün əvvəl toyu olmuş Elməddin digər hərbçi yoldaşları ilə birgə Vətənin müdafiəsinə qalxır. Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına döyüşür, düşmənin çoxsaylı canlı qüvvəsini məhv edərək qisasını alır, özü isə şəhadətə yüksəlir. Elməddin Vəkilovun uzun müddət tapılmayan nəşi 2021-ci il mayın 7-də aşkarlanır və Daşkəsənin Şəhidlər xiyabanında dəfn olunur.

Nərgiz xanım deyir ki, 44 günlük müharibədə Elməddinin komandiri şəhid olsa da, onu döyüş mövqeyindən çıxarıb. Komandirinin nəşinin düşmənin əlinə keçməyə qoymayıb.

Şəhidin qardaşı Elvin Vəkilov isə söyləyir ki, qardaşı torpaqlarımızın işğaldan azad ediləcəyi günü hər zaman səbirsizliklə gözləyib. Müharibədə döyüşlərə sevinərək qatılıb. “Qardaşım Vətənə çox bağlı idi. Deyirdi ki, “ermənilər azərbaycanlıları dəfələrlə dədə-baba torpaqlarımız olan Qərbi Azərbaycanımızdan deportasiya ediblər. Birinci Qarabağ müharibəsi zamanı işğal və vəhşiliklər törədiblər. Biz bu işğalla barışa bilmərik”. Barışmadı da, ən uca zirvə olan şəhidlik zirvəsinə yüksəldi. Elməddinlə fəxr edirəm”, - deyə şəhid qardaşı bildirir.

Prezident İlham Əliyevin sərəncamları ilə Elməddin Vəkilov ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub. Həmçinin “Şücaətə görə” medalına layiq görülüb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Oktyabr 2025 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see405

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see351

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see347

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see317

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see307

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see307

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see293

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see276

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see274

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see256

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see246

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see244

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see243

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see242

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see232

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see221

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see216

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see202

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see185

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri