Alman professor: Berlindəki konfrans Türk Dünyasının irsi ilə yaxından tanış olmaq üçün əla fürsətdir
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Berlin, 4 iyun, AZƏRTAC
Türk Dünyasının dünya elminə və mədəniyyətinə töhfələrinə dair konfransın Berlində keçirilməsi türk xalqlarının mədəniyyəti ilə daha yaxından tanış olmaq və öyrənmək üçün əla fürsətdir. Tədbirin Berlində təşkili bu baxımdan xüsusilə əhəmiyyətlidir.
AZƏRTAC xəbər verir ki, bu barədə almaniyalı türkoloq alim, professor Peter Zieme Türk Dünyasının dünya elminə və mədəniyyətinə töhfələrinə dair Berlində keçirilən beynəlxalq konfransla bağlı jurnalistlərə müsahibəsində deyib.
Türkologiyanın sevimli sahəsinə çevrildiyini qeyd edən alman alim xüsusilə qədim türk mətnləri ilə məşğul olduğunu bildirib. O, bu sahəyə marağın böyük olmasının nəzərə alınaraq, gələcəkdə tədbirin daha geniş formatda keçirilməsinin önəmini qeyd edib.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Baxış sayı:72
Bu xəbər 04 İyun 2025 15:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















