Almaniya hava məkanının müdafiəsi üzrə planlar hazırlayır
Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.
Almaniya öz hava məkanını mümkün müdafiə vəziyyətinə hazırlamaq üçün planlar üzərində işləyir.
APA xəbər verir ki, bunu Almaniya hava məkanına nəzarət edən “DFS Deutsche Flugsicherung” şirkətinin sədri və baş icraçı direktoru Arndt Şonemann “Euronews”a müsahibəsində bildirib.
Onun sözlərinə görə, Almaniya dünyanın ən yüklənmiş hava məkanlarından birinə malikdir. Ölkəyə və ya başqa bir NATO müttəfiqinə hücum olunacağı təqdirdə, bu hava məkanı bağlanmalı olacaq.
Şonemann qeyd edib ki, aviaşirkətlər və hava limanları belə bir ssenarinin mümkünlüyünü hələ də kifayət qədər ciddi qəbul etmirlər.
“Aviaşirkətlər, mülki daşıyıcılar və hava limanları ölkə daxilində hərbi əməliyyatların baş verə biləcəyini ağlına belə gətirmirlər. Biz isə bunun üzərində işləməliyik ki, hava məkanının bağlanması və s. kimi hallarda nə baş verəcəyini dəqiq bilsinlər”, – o əlavə edib.
Şonemann hazırda Müdafiə və Nəqliyyat nazirlikləri ilə birlikdə müdafiəyə hazır olmaq üçün tələblər kataloqu üzərində işlədiklərini bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 10 Dekabr 2025 13:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















