Almaniya hökuməti ŞoltsPutin telefon danışığının təfərrüatlarını açıqlayıb YENİLƏNİB
Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Almaniya Nazirlər Kabineti Kansler Olaf Şoltsla Rusiya Prezidenti Vladimir Putin arasında bu gün baş tutan telefon danışığının təfərrüatlarını açıqlayıb.
APA-nın Moskva bürosu xəbər verir ki, Şolts Rusiyanı ədalətli və dayanıqlı sülhün bərqərar olması üçün Ukrayna ilə danışıqlara çağırıb.
Şolts Putinə deyib ki, Ukraynadakı münaqişəyə son qoyulmalıdır.
Almaniya Kansleri ölkəsinin lazım olduğu müddətdə Ukraynaya dəstəyini davam etdirəcəyini vurğulayıb.
***
18:16
Almaniya kansleri Olaf Şolts Rusiya prezidenti Vladimir Putinə zəng edib.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə DPA agentliyi və Süddeutsche Zeitung qəzeti məlumat yayıb.
Bildirilib ki, Şolts iki ildən sonra ilk dəfə Putinlə telefon danışığı aparıb.
DPA-nın məlumatına görə, günorta saatlarında baş tutan söhbət təxminən, bir saat davam edib.
Telefon danışğının digər təfərrüatları hələlik məlum deyil.
***
17:31
Almaniya Kansleri Olaf Şolts noyabrın 15-də Rusiya Prezidenti Vladimir Putinə zəng etməyi planlaşdırır.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Qeyd edək ki, Putinlə Şolts arasında sonuncu dəfə telefon danışığı 2022-ci ilin dekabrında olub. Rusiya və Almaniya liderlərinin sonuncu təkbətək görüşü isə 2022-ci il fevralın 15-də Kremldə baş tutub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 15 Noyabr 2024 19:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















