Almaniya kansleri: Avropa iqtisadi islahatlara başlamasa, ABŞ və Çinin əlaltısına çevriləcək
Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Avropa rəqabət qabiliyyətini tezliklə bərpa etmək üçün hərəkət etməzsə, o, qlobal iqtisadi nəhənglərin ABŞ və Çinin əlaltısına çevriləcək və müstəqilliyini itirəcək.
APA xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merts ölkə parlamentində çıxış edərkən deyib.
Merts gələn həftə Brüsseldə keçiriləcək Avropa liderləri sammiti ərəfəsində bloku ciddi iqtisadi islahatlara başlamağa çağırıb və əks halda qlobal əhəmiyyətini itirmək təhlükəsi ilə üz-üzə qalacağını bildirib.
“Bu, bizim ölkəmizin və Avropa ölkələrinin gələcəyi üçün həyati önəmlidir, çünki qarşıdakı həftələrdə, aylarda və bəlkə də bir neçə il ərzində qərar veriləcək: Avropa qlobal iqtisadiyyatda müstəqil güc olaraq qalacaq, yoxsa Asiya və Amerika kimi böyük iqtisadi mərkəzlərin əlaltısına çevriləcək”, – Merts vurğulayıb.


