Almaniya Kansleri: Fələstin Dövlətinin yaradılması uzunmüddətli sülh üçün real perspektiv açır
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Berlin, 7 dekabr, AZƏRTAC
Almaniya Kansleri Fridrix Merts Yaxın Şərqə ilk səfəri çərçivəsində İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdən sonra təşkil olunan mətbuat konfransında Kansler regiondakı vəziyyətlə bağlı nikbinliyini ifadə edərək, daimi sülhün mümkünlüyünü qeyd edib. F.Merts sülh planının ikinci mərhələsinin həyata keçirilməsinin vacibliyini qeyd edərək, Almaniyanın bu prosesdə kömək edəcəyini, yenidənqurmaya töhfə verəcəyini və Qəzzada yaşayan insanlara humanitar yardım göstərəcəyini bildirib. “Ən əsası sülhün bərqərar olması üçün diplomatik səylərimizi davam etdirəcəyik”, – deyə Kansler diqqətə çatdırıb.
İkidövlətli həllin yalnız danışıqlar yolu ilə reallaşa biləcəyini vurğulayan F.Merts İordan çayının qərb sahilində ilhaq addımlarının yolverilməzliyini qeyd edib. O bildirib ki, İsrail Dövlətinin yanında Fələstin Dövlətinin də yaradılması israillilərin, fələstinlilərin və ərəb qonşuların gələcəkdə uzunmüddətli sülh və təhlükəsizlik şəraitində yaşaya bilməsi üçün ən real perspektiv açır.
Kansler İsrail Hökumətinin siyasətinə edilən tənqidlərin antisemitizm üçün bəhanə yaratmamasının vacibliyini vurğulayaraq bildirib ki, İsrail Dövlətinin mövcudluq hüququnu inkar edən hər kəs Almaniyanın siyasi kimliyinə fundamental şəkildə zidd çıxmış olur. Almaniya Hökuməti buna hər zaman bütün gücü ilə qarşı çıxacaq.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:33
Bu xəbər 08 Dekabr 2025 09:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















