Almaniya kansleri İranda rejimin çöküşünün yaxın olduğunu bildirib
Icma.az, Bizimyol portalına istinadən məlumat verir.
Bizimyol.info xəbər verir ki, bu barədə Mertz Hindistana səfəri zamanı bildirib.
"Mən hesab edirəm ki, biz bu rejimin son günlərini və həftələrini izləyirik. Əgər rejim hakimiyyəti yalnız zorakılıqla saxlaya bilirsə, deməli, o, faktiki olaraq öz çöküşünə yaxınlaşır. İndi xalq bu rejimə qarşı üsyan edir", – deyə kansler qeyd edib.
O həmçinin bildirib ki, Almaniya ABŞ və digər Avropa ölkələri ilə İrandakı vəziyyətlə bağlı sıx əlaqə saxlayır və Tehrana etirazçıları amansız şəkildə əzməyi dayandırmağa çağırıb.
Qeyd edək ki, Almaniya hələ də İranla ticarət əlaqələrini davam etdirir və onu Avropa İttifaqında ən böyük ticarət tərəfdaşı olaraq saxlayır. Almaniya Federal Statistika İdarəsinin məlumatına görə, 2025-ci ilin ilk 11 ayında Almaniyanın İrana ixracı 25% azalıb və təxminən 871 milyon avro olub. Bu, Almaniyanın ümumi ixracının təxminən 0,1%-ni təşkil edir.
Qadir, Bizimyol.info
Baxış sayı:67
Bu xəbər 13 Yanvar 2026 15:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















