Icma.az
close
up
RU
“Moskva elitası “yatıb yuxusunda” xaricdəki bank hesablarını, mülklərini görür...” Ekspertdən maraqlı açıqlamalar

“Moskva elitası “yatıb yuxusunda” xaricdəki bank hesablarını, mülklərini görür...” Ekspertdən maraqlı açıqlamalar

Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Dünya neft bazarında hasilatın tələbi üstələməsi, qiymətlərin aşağı düşməsi və Rusiyaya qarşı tətbiq edilən beynəlxalq sanksiyalar fonunda Rusiya iqtisadiyyatının sütunları sarsılır. 

Müstəqil neft-qaz eksperti, tanınmış analitik Mixail Krutixin "Idel.Realii"yə verdiyi geniş müsahibəsində qlobal bazardakı yeni reallıqları, Venesuela faktorunu və Rusiya neft sənayesinin qaçılmaz sonunu detalları ilə təhlil edib.

Venesueladakı hərbi əməliyyat və bazarın reaksiyası

2026-cı ilin yanvarında ABŞ-ın Venesuelada həyata keçirdiyi hərbi əməliyyat və Nikolaus Maduronun həbsinə toxunan M.Krutixin bildirib ki, bazar bu hadisəyə demək olar ki, heç bir reaksiya verməyib. Ekspertin fikrincə, bunun səbəbi Venesuelanın dünya neft hasilatındakı payının cəmi 1%-dən az olmasıdır. O vurğulayıb ki, hazırda dünyada neft istehsalı həddindən artıq çoxdur və Venesuela neftinin tamamilə yox olması belə kəskin qıtlığa səbəb olmayacaq.

Donald Trampın Venesuela neftini nəzarətə almaq planlarını şərh edən Krutixin diqqətə çatdırıb ki, bu, bazarın yenidən bölüşdürülməsi cəhdidir. O qeyd edib ki, indiyə qədər Venesuela neftinin ixracı ilə müxtəlif şirkətlər, o cümlədən "Rosneft"lə əlaqəli strukturlar məşğul olub. Ekspert əlavə edib ki, ABŞ-nin Çin və Hindistan kimi ölkələrin qanuni müqavilələrinə necə müdaxilə edəcəyi hələ də böyük sual altındadır.

Mixail Krutixin Venesuelanın dünya neft bazarındakı real çəkisini və gələcək perspektivlərini təhlil edərək bildirib ki, bu ölkənin nəhəng ehtiyatlarına rəğmən, qısa müddətdə Rusiyanı bazardan sıxışdırması qeyri-mümkündür. Ekspert 2023-cü ilin rəsmi statistikasına istinad edərək diqqətə çatdırıb ki, Venesuelanın illik ixracı cəmi 4,05 milyard dollar təşkil edib ki, bu da qlobal miqyasda "okeanda bir damla" kimidir.

Analitik vurğulayıb ki, Venesuelada hasilatı milliləşdirmədən əvvəlki səviyyəyə (gündəlik 3 milyon barrelə) çatdırmaq üçün fantastik vəsait və zaman tələb olunur. O, nüfuzlu Rystad Energy şirkətinin hesablamalarını misal gətirərək bildirib ki, hasilatın bərpası üçün 183 milyard dollar investisiya lazımdır və bu hədəfə yalnız 2040-cı ildə çatmaq mümkündür.

Krutixin digər bir ssenarini – hasilatın cəmi 50% artırılaraq 1,5 milyon barrelə çatdırılmasını da şərh edərək qeyd edib ki, hətta bu kiçik addım üçün 10-20 milyard dollar və ən azı 2-3 il vaxt lazımdır.

Məsələnin iqtisadi tərəfini daha dərindən izah edən ekspert, Venesuela neftinin maya dəyəri ilə bağlı acı həqiqəti üzə çıxarıb. O vurğulayıb ki, Orinoko deltasındakı ağır və kükürdlü neftin çıxarılması və emalı elə bahadır ki, layihələrin özünü doğrultması üçün neftin qiyməti barrel başına ən azı 80 dollar olmalıdır.

"Bazarın hazırkı reallığına baxaq: “Brent” markalı neft 61-62 dollar ətrafında 'vurnuxur'. Gözlənilən orta qiymət isə bu il üçün 55 dollar, 2027-ci il üçün isə cəmi 33 dollardır. Belə olan halda hansı Amerika şirkəti Venesuelaya milyardlar yatıracaq? 80 dollara başa gələn nefti 33 dollara satmaq intihardır," - deyə Krutixin bildirib.

Ekspert sonda bir daha vurgulayıb ki, Donald Trampın "Amerika şirkətləri gəlib milyardlar yatıracaq" vədi indiki bazar konyukturasında real görünmür. O, Venesuela faktorunun yaxın illərdə digər neft ixracatçılarının, o cümlədən Rusiyanın mövqelərinə ciddi təsir göstərəcəyi barədə fikirləri "çox erkən" adlandıraraq təkzib edib.

Tatarıstan nefti: Siyasi güzəştlər və iqtisadi itkilər

Müsahibənin ən mühüm hissələrindən biri Tatarıstanın neft sənayesi ilə bağlıdır. Krutixin bildirib ki, Tatarıstanda hasil edilən neft əslində çox ağır və keyfiyyətsizdir, lakin o, "Transneft" borularında Qərbi Sibir nefti ilə qarışdırılaraq "Urals" markası adı altında baha satılır.

Ekspert vurğulayıb ki, Rusiyada "keyfiyyət bankı"nın tətbiq edilməməsi birbaşa Tatarıstanı qorumağa yönəlmiş siyasi qərar olub. Əks halda, Tatarıstan öz neftini daha ucuz satmaq məcburiyyətində qalardı. Lakin indi vəziyyət dəyişib. Krutixin diqqətə çatdırıb ki, sanksiyalar səbəbindən "Urals" nefti hazırda dünya bazarında 32-33 dollara (təxminən 50% endirimlə) satılır. O, həmçinin daxili iqtisadi faktorlara toxunaraq bildirib ki, rublun süni şəkildə möhkəmləndirilməsi neft şirkətlərini "ikiqat zərbə" altında qoyur: onlar gəliri ucuzlaşmış valyuta ilə alır, lakin xərcləri (əməkhaqqı, materiallar) bahalaşan rublla ödəyirlər.

Regionun resurs potensialı barədə danışan Mixail Krutixin həm nikbin, həm də həyəcan təbili çalan məqamları qeyd edib:

Nikbin tərəf budur ki, o, "Romaşkinskoye" yatağının hələ də tükənmədiyini, quyuların zamanla yenidən "dolduğunu" bildirib.

Ekspert Xantı-Mansidə keçirilən konfransın nəticələrinə istinad edərək vurğulayıb ki, Tatarıstanda çıxarılması iqtisadi cəhətdən sərfəli olan (rentabelli) neft ehtiyatı cəmi 6 illikdir.

İranda Xameneidən sonrakı dövr və bunun Rusiyaya təsiri

Mixail Krutixin İranda davam edən kütləvi etirazlar və rejimin sarsılması fonunda baş verə biləcək siyasi transformasiyaları təhlil edərək bildirib ki, ölkənin gələcək istiqaməti birmənalıdır. Ekspert İrandakı mövcud teokratik quruluşun istənilən halda daha "qərbpərəst" bir dövlətə çevriləcəyini vurğulayıb.

O diqqətə çatdırıb ki, hətta İslam Respublikası quruluşu zahirən qorunub saxlanılsa belə, Ali Rəhbər Ayətullah Əli Xameneinin vəfatı və ya ölkəni tərk etməsindən sonra hakimiyyət daxilindəki qruplaşmalar arasında ciddi bir mübarizə başlayacaq.

Analitik İranda yeni dönəmin yol xəritəsini belə təsvir edib:

Nüvə proqramının tamamilə dayandırılması;

Ballistik raketlərin hazırlanmasından imtina;

Yaxın Şərqdəki proksi-qruplaşmaların və terror qruplarının maliyyələşdirilməsinə son qoyulması;

Qərb dünyası ilə diplomatik və iqtisadi münasibətlərin tam bərpası.

Buna baxmayaraq, ekspert prosesin ağrısız keçməyəcəyini də vurğulayıb. O bildirib ki, rejim hazırda "aqoniya" (canvermə) mərhələsinə qədəm qoyub və bu mərhələdə sərt repressiyaların tətbiqi qaçılmazdır. Krutixin əlavə edib ki, hadisələrin konkret olaraq hansı ssenari üzrə inkişaf edəcəyini bu gün proqnozlaşdırmaq çətin olsa da, İrandakı bu dəyişikliklər Rusiyanın həm siyasi, həm də enerji maraqlarına ciddi zərbə vuracaq.

Mixail Krutixin İranda baş verə biləcək köklü siyasi dəyişikliklərin dünya enerji xəritəsini tamamilə dəyişə biləcəyini bildirib. Ekspert xüsusilə vurğulayıb ki, İran nefti keyfiyyət baxımından Rusiya neftindən daha üstündür – o, daha yüngül, daha şəffafdır və tərkibində kükürdün miqdarı xeyli azdır.

Analitik diqqətə çatdırıb ki, İran təkcə neft sahəsində deyil, həm də sıxılmış təbii qaz (LNG) ixracında böyük potensiala malikdir. Lakin o vurğulayıb ki, hazırda beynəlxalq embarqolar və texnoloji boykotlar bu potensialın reallaşmasına mane olur. Krutixin nümunə olaraq Rusiyanın "LUKOYL" şirkətinin İranın cənub-qərbindəki "Anaran" yatağını işlətmək cəhdlərini xatırladıb. O bildirib ki, sanksiyalar səbəbindən rusiyalı investorlar bu yatağı iki dəfə tərk etmək məcburiyyətində qalıblar.

Ekspert İranın neft qanunvericiliyindəki spesifik məqamlara da toxunaraq qeyd edib ki, 1950-ci illərdəki milliləşdirmə qanunlarına görə, neft yalnız dövlətə məxsus ola bilər və xarici şirkətlərin məhsuldan pay alması qadağandır. Lakin buna baxmayaraq, xarici investorlar üçün "buy-back" (geri satınalma) adlı xüsusi bir mexanizmin mövcudluğunu vurğulayıb.

Krutixin bu "hiyləgər" sxemi belə izah edib: Xarici şirkətlər layihələrdə operator kimi iştirak edir, hasilatı artırır və çıxarılan neftin satışından müəyyən bir komissiya faizi alırlar. Analitik vurğulayıb ki, bu sistem həm İranda, həm də İraqda sınaqdan keçirilmiş və işlək bir modeldir.

Ekspert bildirib ki, əgər İranda siyasi normallaşma baş verərsə və ixrac qadağaları aradan qaldırılarsa, ölkə cəmi 3-4 il ərzində öz neft-qaz sənayesini tam bərpa edə bilər. Krutixin bu ssenarinin Rusiya üçün dünya bazarında çox ciddi və sarsıdıcı bir rəqabət yaradacağını diqqətə çatdırıb.

Putindən sonra Rusiya: Elitaların savaşı və Qərbə qaçış

Müsahibənin sonunda ənənəvi olaraq verilən "Putindən sonra nə gözlənilir?" sualına cavab verən Mixail Krutixin Rusiyanın daxili siyasi mənzərəsi və hakimiyyət dəyişikliyi ssenariləri ilə bağlı olduqca maraqlı fikirlər səsləndirib.

Ekspert ilk növbədə bildirib ki, hakimiyyət dəyişikliyi xalq hərəkatı və ya kütləvi etirazlar vasitəsilə deyil, birbaşa hakimiyyət daxilindəki elitaların qərarı ilə baş tutacaq. O, Putinin yaxın ətrafında olan şəxslər arasında daxili bir "didşmənin" qaçılmaz olduğunu diqqətə çatdırıb. Krutixin vurğulayıb ki, bu prosesdə xalqın rolu sadəcə tamaşaçı olmaqdan ibarətdir. Onun sözlərinə görə, elitalar tərəfindən ekrana tamamilə yeni, naməlum bir "simasız sifət" çıxarılacaq və cəmiyyətə "Vətənin xilaskarı" kimi təqdim olunacaq. Analitik iddia edib ki, belə bir ssenari daxilində həmin naməlum şəxs cəmi üç gün ərzində xalqın 86%-nin səsini asanlıqla qazana bilər.

Mixail Krutixin hakimiyyət dəyişikliyindən sonra xarici siyasətdə kəskin dönüşün olacağını da qeyd edib. O bildirib ki, yeni hakimiyyətin əsas prioriteti Qərblə münasibətləri sürətlə normallaşdırmaq olacaq. Bunun səbəblərini izah edən ekspert vurğulayıb ki, hazırda Moskvanın siyasi elitası "yatıb yuxusunda" öz bank hesablarını, xaricdəki mülklərini və yaxınlarını xilas etməyi görür.

Krutixin xüsusi olaraq qeyd edib ki, Rusiyanın yuxarı eşelonunda olanların bank hesabları ABŞ, İsveçrə, Sinqapur və digər ölkələrdə dondurulub, ailə üzvləri isə xaricdə yaşayır. Buna görə də, elita sanksiyaların ləğvi üçün hər cür güzəştə getməyə hazır olacaq.

Analitik öz proqnozunu daha da konkretləşdirərək bildirib ki, Rusiya rəhbərinin ölümü və ya hakimiyyətdən uzaqlaşdırılması halında Ukraynadakı müharibə çox sürətlə dayana bilər. O, bu prosesin qaçılmaz bir "Qərbə tərəf dönüş" olacağını və yeni hakimiyyətin sanksiyalardan qurtulmaq üçün hər şeyi edəcəyini vurğulayıb.

E.Rüstəmli

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:46
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 13 Yanvar 2026 18:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see216

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see202

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see198

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see187

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see172

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see169

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see169

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see162

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see154

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see152

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see146

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see144

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see142

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see140

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see137

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see137

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see136

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see135

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see134

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri