Almaniya nəhəngi London klubunun müdafiəçisi ilə maraqlanır
sport24.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Bavariya" "Arsenal"ın sağ cinah müdafiəçisi Yurrien Timberin xidmətində maraqlıdır. Almaniya nəhəngindən başqa daha bir top-klub da müdafiçini istəyir. Sport24.az xəbər verir ki, bu barədə "Caught Offside" portalı məlumat yayıb.
Mənbənin sözlərinə görə, niderlandlı futbolçu karyerasını "topçular"da davam etdirmək istədiyi üçün Münhen klubuna keçmək ehtimalı çox azdır. "Arsenal" Timberin 2028-ci ilin yayında başa çatacaq müqaviləsini uzatmaq üçün danışıqlar aparır.
Qeyd edək ki, müdafiəçi 2023-cü ilin yayından London klubunda çıxış edir. Bu müddət ərzində o, bütün turnirlərdə 60 matçda meydana çıxıb, 4 qol vurub və 5 məhsuldar ötürmə verib. "Transfermarkt" portalının məlumatına görə, onun bazar dəyəri 55 milyon avrodur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 05 Oktyabr 2025 17:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















