Almaniya səfiri Gürcüstan Baş nazirinin bəyanatından narazılıq bildirib
Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Almaniya səfiri Peter Fişer Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin nasist Almaniyası ilə bağlı terminlərdən istifadəsindən narazılıq ifadə edib.
APA-nın yerli bürosu xəbər verir ki, diplomat “X” hesabında bunu mənəvi cəhətdən yanlış adlandırıb.
“Burada əvvəllər söylədiyimi təkrar edirəm: Almaniya nasist Almaniyası ilə bağlı tarixi, siyasi və mənəvi cəhətdən yanlış olan terminlərin və müqayisələrin istifadəsinə qarşıdır, çünki onlar qurbanların ləyaqətini alçaldır və yanlış təəssürat yaradır”, - P.Fişer yazıb.
Qeyd edək ki, İ.Kobaxidze bu gün keçirdiyi brifinqdə bildirib ki, Avropa bürokratiyasından Gürcüstanla bağlı eşidilən yalanlar və bəyanatlar Gebbels təbliğatının davamıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 08 Oktyabr 2025 18:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















