Kvrivişvili Gürcüstan Baş nazirinin müavini oldu
Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Mariam Kvrivişvili Gürcüstan Baş nazirinin müavini vəzifəsini icra edəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Baş nazir İrakli Kobaxidze hökumətin iclasında bildirib.
Baş nazirin sözlərinə görə, M.Kvrivişviliyə Baş nazirin müavini vəzifəsinin həvalə olunması onun gələcək fəaliyyətinə və iqtisadi sektorun daha da gücləndirilməsinə töhfə verəcək.
İ.Kobaxidze M.Kvrivişvilini yeni vəzifə münasibətilə təbrik edib və ona uğurlar arzulayıb.
"Qərarımız barədə sizə məlumat vermək istərdim. Xanım Mariam Kvrivişviliyə Gürcüstan Baş nazirinin müavini vəzifəsi həvalə ediləcək. Bu, ona gələcəkdə daha uğurlu fəaliyyətində və iqtisadi sektorun daha da gücləndirilməsində kömək edəcək", – deyə Baş nazir bildirib.
Qeyd edək ki, M.Kvrivişvili Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziridir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:22
Bu xəbər 07 Oktyabr 2026 12:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















