Almaniya Ukraynaya 4 milyard avroluq silah göndərir
Icma.az, Unikal.az saytına istinadən bildirir.
Ukrayna və Almaniya 4 milyard avro dəyərində geniş əməkdaşlıq paketini razılaşdırıb. Xüsusilə də Kiyevə “Patriot” hava hücumundan müdafiə sistemi üçün bir neçə yüz raketin verilməsi nəzərdə tutulur.
"Unikal" xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Mixail Fedorovun “Telegram” kanalında bildirilib. O qeyd edib ki, almaniyalı həmkarı Boris Pistorius ilə danışıqlar aparıb.
“Ümumi dəyəri 4 milyard avro olan müdafiə üzrə razılaşmalar paketi əldə etdik. Bu paket hava hücumundan müdafiənin gücləndirilməsinə, uzaqmənzilli imkanların inkişafına və dronların birgə istehsalına yönəlib”, – deyə ukraynalı nazir qeyd edib.
Onun sözlərinə görə, üç mühüm saziş imzalanıb. Almaniya “Patriot” sistemləri üçün bir neçə yüz raketin alınmasına dair müqaviləni maliyyələşdirməyi öhdəsinə götürüb. Berlin Kiyevə 36 ədəd “IRIS-T” buraxılış qurğusu təqdim edəcək ki, bu da çoxsəviyyəli hava hücumundan müdafiə sistemini gücləndirəcək. Həmçinin Ukrayna və Almaniya uzaqmənzilli zərbə imkanlarına 300 milyon avro sərmayə qoyulması barədə razılığa gəliblər. Bu, Ukraynanın silah istehsalını artırmağa imkan verəcək.
Razılaşmalara əsasən, iki ölkə “Build with Ukraine” təşəbbüsü çərçivəsində süni intellektdən istifadə etməklə “mid-strike” tipli dronların birgə istehsalına başlayacaq. Birinci mərhələdə Ukrayna üçün 5 min pilotsuz uçuş aparatı istehsal olunacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:226
Bu xəbər 14 Aprel 2026 19:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















