Almaniya və Fransa Rusiyaya qarşı “Avropa nüvə çətiri” yaratmaq istəyir
Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.
“Avropa nüvə çətirinin yaradılması ilə bağlı müzakirələrə açığam”.
Teleqraf xəbər verir ki, bunu Almaniya Kansleri Fridrix Merts deyib.
“Nüvə çətirinə gəlincə, hesab edirəm ki, ilk növbədə, ABŞ ilə nüvə sahəsində tərəfdaşlığımızı yaxın illərdə, hətta onilliklərdə saxlamaq üçün hər şeyi etməliyik. Amma bu, o demək deyil ki, Avropa səviyyəsində ərazimizin müvafiq nüvə mühafizəsi məsələsini orta və uzunmüddətli perspektivdə müzakirə edə bilməyəcəyik”, - o bildirib.
Merts xatırladıb ki, indiyədək bu mövzu yalnız Fransa tərəfindən qaldırılıb:
“Bizim bu barədə danışmağa razılaşdığımızdan başqa, bu günə kimi heç bir yeni təşəbbüs olmayıb. Amma mən bu məsələni müzakirə etməyə hazıram”.
Xatırladaq ki, Avropada nüvə çətirinin yaradılması məsələsi Rusiyanın 2022-ci il fevralın 24-də Ukraynaya qarşı irimiqyaslı işğalçı müharibəyə başlamasından sonra gündəmə gətirilib.


