Almaniyada 16 18 yaşlı yeniyetmələrin əksəriyyəti məktəblərdə mobil telefonların qadağan edilməsini dəstəkləmir
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Berlin, 4 fevral, AZƏRTAC
Almaniyada 16-18 yaşlı yeniyetmələrin əksəriyyəti məktəblərdə mobil telefonların qadağan edilməsini dəstəkləmir.
AZƏRTAC “Spiegel” nəşrinə istinadla xəbər verir ki, “Postbank”ın “Gənclər üzrə rəqəmsal tədqiqatı”na əsasən, sorğuda iştirak edənlərin 56 faizi məktəblərdə telefon qadağasını yanlış addım hesab edib, 37 faizi isə bu təşəbbüsün tərəfdarı olduğunu bildirib. Qadağaya qarşı çıxanlar bunu ailə və dostlarla daha sürətli əlaqə saxlamaq imkanı ilə izah edib, həmçinin belə bir qadağanın tətbiqinin və nəzarətinin çətin olacağını vurğulayıblar.
Telefon qadağasını dəstəkləyənlər isə bunun dərsdə diqqətin yayınmasının qarşısını alacağını və şagirdlərin əsas diqqəti dərslərə yönəldəcəyini bildiriblər. Bu kateqoriyaya aid respondentlərin təxminən yarısı daimi əlçatanlığın yaratdığı stresin də qadağanı zəruri edən amillərdən biri olduğunu qeyd edib.
Araşdırmanın nəticələri uşaqlar və yeniyetmələr arasında smartfon və sosial şəbəkə istifadəsinin daha çox müzakirə olunduğu bir dövrə təsadüf edir.
Xatırladaq ki, ötən ilin sonunda Avstraliya dünyada ilk dəfə yaşı 16-dan az olan şəxslərin sosial media hesabı açmasını qadağan edib. Oxşar təşəbbüslər Fransa və Böyük Britaniyada da gündəmə gətirilib.
Sorğu, həmçinin göstərib ki, Almaniyada 16-18 yaşlı yeniyetmələr internetdə əvvəlki illə müqayisədə daha az vaxt keçirirlər. Keçən il onların həftəlik onlayn vaxtı 65,5 saat təşkil edib ki, bu da bir il əvvəllə müqayisədə 6 saat azdır. Bununla belə, gündəlik göstərici yenə də 9 saatdan çoxdur.
Qeyd edək ki, 2024-cü ildə eyni mövzu üzrə aparılan sorğuya qatılan valideynlərin 81 faizi məktəblərdə telefon qadağasını dəstəkləmişdi.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 04 Fevral 2026 12:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















