Icma.az
close
up
RU
Almaniyada azan oxunmasına icazə verildi

Almaniyada azan oxunmasına icazə verildi

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Almaniyanın Köln şəhərindəki Mərkəzi Məsciddə camaat qarşısında azan oxunmasına icazə verilib.

"Cebheinfo.az" xəbər verir ki, iki illik sınaq mərhələsinin sonunda Köln bələdiyyəsi həyətdə azan oxunmasına müddətsiz icazə verib.

Almaniya Türk-İslam Birliyinə (DİTİB) bağlı Köln Mərkəz Məscidində 2 ildir test olaraq camaat qarşısında oxunan azan üçün müddətsiz icazə verilib. 

Köln Bələdiyyəsi sınaq mərhələsinin uğurla başa çatdığını və bundan sonra məscidin həyətində müəyyən vaxtlarda azan oxunmasına heç bir maneənin olmayacağını açıqlayıb.

Mövzu ilə bağlı Katolik Xəbər Agentliyinin (KNA) sualını cavablandıran bir bələdiyyə rəsmisi, 2 il əvvəl Köln Mərkəzi DİTİB Məscidi (DITIB-Zentralmoschee Köln) ilə xalqın azanı ilə bağlı müqavilənin sınaq mərhələsinin müsbət nəticəsinin ardından qeyri-müəyyən müddətə uzadıldığını bildirib.

O, Köln şəhərinin digər rayonlarında da məscidlər və rayon administrasiyaları arasında oxşar razılaşmaların edilə biləcəyinə diqqət çəkib.

Qeyd edək ki, Köln Böyük Şəhər Bələdiyyə sədri Henriette Reker 2022-ci ildə Köln Mərkəzi DİTİB Məscidinin həyətində azan oxunmasına “yaşıl işıq” yandırıb və müraciətin sınaq prosesinə başlatmışdı. 

Bu dövrdə DİTİB AKP və Diyanət İşləri Başkanlığı ilə sıx əlaqələrə malik olduğu üçün “Ankaranın bir hissəsi” olduğu əsasıyla sıx tənqidlərə məruz qalmışdı. Heç bir siyasi partiya ilə əlaqəsi olmayan Reker də bu qərarına görə tənqid olunub.

Sınaq prosesini qiymətləndirən bələdiyyə hesabatında azanın ictimai oxunması zamanı lazımi şərtlərin yerinə yetirildiyi və layihə ilə bağlı bələdiyyəyə edilən şikayətlərin qısa müddətdə azaldığı bildirilib. 

Hesabatda sınaq zamanı tətbiq edilən şərtlərin gələcəkdə də qüvvədə olacağı vurğulanıb.

Köln bələdiyyəsinin qoyduğu şərtlərə görə, cümə günləri namaz vaxtlarından asılı olaraq saat 12.00-15.00 arasında azan beş dəqiqədən çox olmamaqla oxuna bilər. 

Məscidin ərazisindən kənarda (məsələn, məscidlə üzbəüz küçədən) eşidilən azanın səsi 60 desibeldən çox olmayacaq. Bundan əlavə, DİTİB hər hansı şikayətlə bağlı əlaqə üçün adam təyin edəcək.

Almaniyada şəhərin mərkəzindən kənarda yerləşən bəzi məscidlərdə minarədən azan oxunmasına icazə verilir. 

Lakin yaşayış məntəqələrindəki məscidlərdə minarədən azan oxunmur. Kölndən təxminən 40 kilometr uzaqlıqdakı Düren şəhərində, qəsəbə mərkəzində olmasına baxmayaraq, DİTİB-ə bağlı məsciddə 1985-ci ildən bəri xüsusi icazə ilə gündə üç dəfə minarədən azan oxunur. 

Nigar 
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 21 Noyabr 2024 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see444

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see299

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see233

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see217

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see215

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see211

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see210

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see201

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see190

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see188

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see188

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see187

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see169

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see168

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see167

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see166

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see165

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see163

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see160

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri