Icma.az
close
up
RU
Almaniyada COP29 Sədrliyi iqlim şəffaflığı sahəsində qlobal təşəbbüsləri müzakirə edib FOTOLAR

Almaniyada COP29 Sədrliyi iqlim şəffaflığı sahəsində qlobal təşəbbüsləri müzakirə edib FOTOLAR

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

COP29 Sədrliyi və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Katibliyinin birgə təşkilatçılığı ilə Bonn şəhərində Paris Sazişinin Təkmilləşdirilmiş Şəffaflıq Çərçivəsi (ETF) üzrə fəaliyyətlərə, İkiillik Şəffaflıq Hesabatlarının (BTR) hazırlanmasına, eləcə də bu sahədə təcrübə mübadiləsinə həsr olunmuş xüsusi tədbir keçirilib. SİA xəbər verir ki, tədbirdə Bakı Qlobal İqlim Şəffaflığı Platformasının (BTP) gələcək fəaliyyət istiqamətləri təqdim olunub.

Tədbirin açılışında çıxış edən COP29 Sədrliyinin Baş danışıqçısı Yalçın Rəfiyev iqlim şəffaflığının qlobal iqlim fəaliyyətinin qiymətləndirilməsi və gələcək siyasətlərin formalaşdırılmasında mühüm rol oynadığını vurğulayıb. O, COP29 Sədrliyi tərəfindən bu istiqamətdə atılan addımlar, o cümlədən iqlim şəffaflığı məsələsinin siyasi gündəmdə saxlanılması və konkret tədbirlərin təşviqi barədə iştirakçılara məlumat verib.

Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş və beynəlxalq tərəfdaşlar, dövlətlər, təşkilatlar, həmçinin vətəndaş cəmiyyətləri tərəfindən dəstəklənən Bakı Qlobal İqlim Şəffaflığı Platformasının əhəmiyyətinə toxunan Y. Rəfiyev bu təşəbbüsün hesabatlılıq sahəsində institusional və texniki imkanları məhdud olan ölkələrə dəstək göstərəcəyini, eyni zamanda, iqlim şəffaflığının hər bir COP prosesində prioritet kimi saxlanılmasına töhfə verəcəyini qeyd edib. O əlavə edib ki, BTP yalnız siyasi iradənin qorunması deyil, həm də təlimlər, texniki dəstək və regional və çoxtərəfli səviyyədə dialoqların təşkili ilə də xarakterizə olunacaq.

UNFCCC-nin İqlim Şəffaflığı Bölməsinin direktoru Syuexon Vanq (Xuehong Wang) çıxışında COP29 Sədrliyi tərəfindən şəffaflıq sahəsində görülən işləri yüksək qiymətləndirərək, Azərbaycana təşəkkürünü ifadə edib. O, ETF çərçivəsində 2025-ci il üçün müəyyən olunmuş prioritetləri diqqətə çatdıraraq bildirib ki, Azərbaycanın BTR-lərin hazırlanması və təşviqi sahəsində göstərdiyi siyasi iradə və keçirdiyi təlimlər nəticəsində ötən il 100-dən çox ölkə öz hesabatlarını təqdim edib.

O əlavə edib ki, şəffaflıq mexanizmləri ölkələrin Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrinin (NDC) icrasının izlənilməsi, iqlim maliyyəsinin səmərəli cəlb olunması və potensialların artırılması üçün ehtiyacların müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Tədbir çərçivəsində Keniya, Qayana və İspaniya nümayəndələri BTR-lərin hazırlanması zamanı üzləşdikləri çağırışlar və qazandıqları uğurlar barədə təqdimatlar ediblər. Tədbirdə çıxış edən iştirakçılar Azərbaycan tərəfindən həyata keçirilən təşəbbüsləri təqdir etdiklərini bildirərək, Bakı Qlobal İqlim Şəffaflığı Platformasına dəstək verməyə və bu çərçivədə gələcək əməkdaşlığa hazır olduqlarını bildiriblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:146
embedMənbə:https://sia.az
archiveBu xəbər 22 İyun 2025 11:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see307

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see193

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see175

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see165

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see153

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see148

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see146

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see141

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see140

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see139

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see139

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see136

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see136

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see132

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see132

10 dəqiqəyə hazır: Ən sadə tava börəyi resepti

24 Dekabr 2025 07:15see131

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

25 Dekabr 2025 01:01see129

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see129

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

25 Dekabr 2025 01:15see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri