Icma.az
close
up
RU
Almaniyada pandemiya dövründəki fəaliyyətin araşdırılması üçün xüsusi komissiya yaradılıb

Almaniyada pandemiya dövründəki fəaliyyətin araşdırılması üçün xüsusi komissiya yaradılıb

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Berlin, 11 iyul, AZƏRTAC

Almaniya parlamenti - Bundestaq hökumətin pandemiya dövründəki fəaliyyətinin geniş və sistemli şəkildə araşdırılması üçün komissiyanın yaradılması barədə qərar qəbul edib.

AZƏRTAC xəbər verir ki, koalisiya hökumətinin (CDU/CSU və SPD) təqdim etdiyi təklif deputatların böyük əksəriyyəti tərəfindən dəstəklənib. Yaşıllar Partiyası və Sol Partiya təklifə dəstək verdiyi halda, ifrat sağçı Almaniya üçün Alternativ (AfD) partiyası komissiya yerinə daha sərt araşdırma komitəsinin yaradılmasını tələb edib.

Xristian Demokratlar İttifaqından (CDU) olan deputat Fransiska Hoppermanın rəhbərlik edəcəyi komissiya 14 deputat və 14 müstəqil ekspertdən ibarət olacaq. Komissiyanın sentyabrda fəaliyyətə başlaması və 2027-ci ilin iyununa qədər hesabat təqdim etməsi planlaşdırılır. Hesabatda pandemiyanın səbəbləri, gedişatı, nəticələri və dövlətin gördüyü tədbirlər dəyərləndiriləcək. Yaşıllar Partiyasının təşəbbüsü ilə sosial təsirlərin də nəzərdən keçirilməsi planlaşdırılır.

Komissiyanın iclaslarında ekspertlərin, maraqlı tərəflərin və pandemiyadan zərər çəkmiş vətəndaşların dinlənilməsi nəzərdə tutulur. Məqsəd gələcək pandemiyalara hazırlıq üçün elmi əsaslı və şəffaf tövsiyələr hazırlamaqdır.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 İyul 2025 05:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see195

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see194

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see180

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see177

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see162

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see160

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see156

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see146

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see143

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see139

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see138

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see132

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see132

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see129

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see129

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see129

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see125

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see119

Yeməkdən dərhal sonra çay içmək olmaz Yan təsiri var

01 Dekabr 2025 09:52see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri