Almaniyada seçki prosesi başladı
Milli.az saytına istinadən Icma.az xəbər verir.
Almaniya Bundestaqında keçirilən səsvermədə Kansler Olaf Şoltsun hökuməti etimad səsi ala bilməyib və bununla da ölkədə növbədənkənar seçki prosesi başlayıb.
Milli.Az xəbər verir ki, Almaniya Kansleri Olaf Şolts, növbədənkənar seçkilərin keçirilməsinin yolunu açmaq üçün etimad səsverməsinə getmək istədiyini bəyan edib.
Şolts, Bundestaqda keçiriləcək etimad səsverməsindən əvvəl millət vəkillərinə müraciət etdi.
Keçmişdə də kanslerlərin etimad səsverməsi tələb etdiyini xatırladan Şolts, "Məqsədim ümumi seçkiləri irəli çəkməkdir. Keçiriləcək seçkilərdə vətəndaşlar ölkəmizin siyasi istiqamətini müəyyən edə bilərlər," deyə əlavə edib.
Şoltsun etimad səsi ala bilməməsi ilə Almaniya parlamenti fevral ayında növbədənkənar seçkilərin keçirilməsinə şərait yaradıb.
Ülkər Vəliyeva
Milli.Az
Baxış sayı:114
Bu xəbər 16 Dekabr 2024 23:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















