Tramp xəbərdarlıq etdi: ABŞ müflisləşə bilər
Azxeber.com portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ Prezidenti Donald Tramp dövlət borcunun yuxarı həddi ilə bağlı məsələ həll olunmayacağı təqdirdə ölkənin müflisləşmə təhlükəsi ilə üzləşəcəyini bildirib və mövcud məhdudiyyətin ləğv edilməsinə çağırıb.
Tramp bu barədə "Fox News" telekanalına müsahibəsində danışıb.
"Dövlət borcunun yuxarı həddi ilə bağlı məsələni həll etmək üçün son tarix yaxınlaşır. Bu məsələni həll etməsək, ölkə müflisləşəcək. Belə bir hal əvvəllər heç vaxt baş verməyib", - deyə Tramp bildirib.
ABŞ prezidenti hesab edir ki, ölkədə belə bir məhdudiyyət ümumiyyətlə olmamalıdır.
ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, oktyabrın 26-na olan vəziyyətə əsasən, ölkənin dövlət borcu rekord həddə - 40.52 trilyon dollara çatıb. Hazırda dövlət borcunun yuxarı həddi 41.1 trilyon dollar təşkil edir.
İkipartiyalı Siyasət Mərkəzinin qiymətləndirməsinə görə, bu həddə artıq 2027-ci ilin fevral və ya mart aylarında çatmaq mümkündür.
///oxu.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 21 Noyabr 2026 23:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















